Mehman Əliyevlə bağlı prezidentə müraciət ünvanlanıb

İctimai şəxslər agentlik rəhbərinin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyir

Source:


İctimai şəxslər agentlik rəhbərinin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyir

Bir qrup ictimaiyyət nümayəndəsi “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevlə bağlı Azərbaycan prezidentinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Biz, Azərbaycan ictimaiyyətinin nümayəndələri olaraq, Sizdən artıq dərəcədə xahiş edirik ki, “Turan” İnformasiya Agentliyinin həbs olunmuş direktoru Mehman Əliyevin işini diqqətə götürəsiniz.

Bu şəxsin ölkə mətbuatının inkışafında böyük xidmətləri vardır, o, nüfuzlu jurnalist və media eksperti kimi dunyada tanınır. Mehman Əliyev özü və başçılıq etdiyi agentlik çoxsaylı mükafatlara layiq görülüb.

“Turan” agentliyi Azərbaycan ətrafında yaranmış informasiya blokadısının yarılmasında və Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynamışdır. Xocalı faciəsi barədə dunyaya ilk məlumatı məhz “Turan” agentliyi çatdırmışdı. Həmin faciə haqqında çəkilmiş “Sonsuz dəhlız” fılmində “Turan”ın nadir arxiv sənədlərindən və agentliyin əməkdaşlarının yaradıcı dəstəyindən geniş istifadə edilmişdir. Bu beynəlxalq layihə sayəsinda dunyada yarım milyarddan çox insan Xocalı soyqırımı barədə məlumatlandırılmışdır.

foto Turan İA

Mehman Əliyevin istintaqdan yayınma ehtimalı ilə həbsdə saxlanılması inandırıcı deyil, çünkü ilk gündən o, istintaqdan boyun qaçırmayıb, əksinə, onunla əməkdaşlıq edib.

Cənab Prezident,

Biz cəmiyyətın yaxşı tanıdığı bır jurnalıstın taleyındən narahatlığımızı ifadə edirik. İstintaqın obyektiv aparılmasına və Mehman Əliyev barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsinə kömək göstərməyinizi xahış edırık”.

Müraciəti Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin deputatları Rasim Musabəyov, Asim Mollazadə, Fazil Mustafa, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, kinorejissor və ssenarist Ramiz Fətəliyev, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, şərqşünas-alim Fərda Əsədov, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Jurnalistikanın İnkişafına Yardım Mərkəzinin rəhbəri Qulu Məhərrəmli imzalayıblar.

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. M.Əliyev ittihamları rədd edir.

Ana səhifəXəbərlərMehman Əliyevlə bağlı prezidentə müraciət ünvanlanıb