Hazırda həmin şəxslər 15 manatdan 30 manatadək miqdarda cərimə edilir
Azərbaycanda məhkəməyə hörmətsizlik göstərənlər 150 manatadək məbləğdə cərimə olunacaq. “Report” xəbər verir ki, bununla bağlı məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Layihəyə əsasən, məhkəmə iclası zamanı şahidin, zərərçəkən şəxsin, iddiaçının, cavabdehin və ya iş üzrə iştirak edən başqa fiziki şəxslərin sədrlik edənin sərəncamına tabe olmamasına görə 50 manatdan 150 manatadək cərimə edilməsi nəzərdə tutulur.
Hazırda həmin şəxslər 15 manatdan 30 manatadək miqdarda cərimə edilir.
Yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hazırda layihə formasındadır. Bu layihə qəbul olunarsa, 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək.