Məhkəmələrə vəkili cərimələmək hüququ verilir

“Bu halda da şəxs məhkəməyə etiraz verməkdən çəkinəcək”

Foto: Vəkillər Kollegiyası


Vəkil: "Bu, insanların ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olacaq"

Məhkəmələrə əsassız vəsatət və şikayət verən vəkili 500 manatadək cərimələmək hüququ verilir.

Bununla bağlı Mülki Prosessual Məcəlləyə yeni maddə təklif

edilir

.

Təklif edilən yeni 174.5-ci maddə Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilmiş bir məsələ də “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən

dəyişiklikdir

.

Layihə məhkəməyə verilən iddia ərizələrinə, şikayətlərə görə dövlət rüsumlarının məbləğinin artırılmasını təklif edir:

– İddia qiyməti 1000 manatadək olduqda – 30 manat;

– İddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda – 30 manat + 1000 manatadan yuxarı olan iddia qiymətinin 1 faizi;

– İddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda – 120 manat+10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi;

– İddia qiyməti 100000 manatdan 1000000 manatadək olduqda – 390 manat+100000 min manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi;

– İddia qiyməti 1000000 manatdan çox olduqda – 1290 manat+1000000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50 min manatdan çox olmamaqla).

– Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə – 100 manat.

Layihəyə əsasən, bu dövlət rüsumlarının 50 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərtilə) müvafiq məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq olaraq Ali Məhkəmənin, apelyasiya instansiyası məhkəmələrinin və müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına köçürüləcək, qalan hissəsi isə dövlət büdcəsinə ödəniləcək.

Vəkil Fariz Namazlı deyir ki, işin yubadılması məqsədilə məhkəməyə etiraz edildikdə şəxs 110 manat cərimə olunur.

Onun sözlərinə görə, cərimələrin artırılması şəxsləri müvafiq hərəkətlər (məhkəməyə etiraz) etməkdən çəkindirəcək: “Çünki etirazetmə subyektiv meyarlarla ölçülür. Şəxs hesab edir ki, işə baxan hakim qərəzlidir. Lakin hakim hesab edəcək ki, etiraz prosesi qəsdən yubatmaq niyyəti ilə verilib və buna görə şəxsi cərimə edir. Bu baxımdan götürəndə məbləğin qaldırılması məhkəməyə sərf edir”.

Fariz Namazlı
Fariz Namazlı

Vəkil deyir ki, hakim proses iştirakçılarını cərimələməklə onları xəbərdarlıq edə bilər: "Bu halda da şəxs məhkəməyə etiraz verməkdən çəkinəcək. O ki qaldı məhkəmə rüsumlarının qaldırılmasına, bu, insanların maddi vəziyyətinə pis təsir göstərəcək”.

Vəkil bildirib ki, məsələn, mənzilə yaşayış hüququnun təmin edilməsini istəyən biri, yaxud uşağını razılığı olmadan digər valideyninin xarici ölkəyə aparması ilə üzləşən şəxs iddia vermək üçün gərək 100 manat dövlət rüsumu ödəsin: “Bu məbləğ kifayət qədər çoxdur, amma son deyil. İddiaya əlavə olunası sənədlərin hazırlanması, sənədlərin surətinin notarial qaydada təsdiq edilməsi üçün də müəyyən xərc tələb olunur. Bu baxımdan belə təkliflərin veriilməsi insanların məhkəməyə müraciət etməsinin qarşısını alacaq və insanların ədalətli məhkəmə araşdırması hüququnun pozuntusuna gətirib çıxaracaq”.

Hazırda Azərbaycanda məhkəməyə verilən iddia ərizələri və şikayətlərə görə dövlət rüsumu 10-40 manat arası dəyişir.

Ana səhifəSiyasətMəhkəmələrə vəkili cərimələmək hüququ verilir