Aprelin 24-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Milli Şuranın sədri, professor Cəmil Həsənlinin qızı Günel Həsənlinin apellyasiya şikayətinə baxılmalı idi. Amma proses qeyri-müəyyən müddətə təxirə salındı. Cəmil Həsənli bütünlükdə məhkəmədən heç nə gözləmədiyini bildirir. Günel Həsənli özünü təqsirli saymadığını deyir.