“Məhkəmədə istintaqın qərəzli aparıldığı açıq sezilir”

Vəkil hesab edir ki, 20 nəfər zərərçəkmiş şəxsdən yalnız biri özünü zərərçəkmiş hesab etdi, o da…

Source:


Vəkil hesab edir ki, 20 nəfər zərərçəkmiş şəxsdən yalnız biri özünü zərərçəkmiş hesab etdi, o da…

Mayın 13-də Ağır Cinayətlərə dair Məhkəmədə hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinq və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) həbsdə olan sədri Anar Məmmədlinin, icraçı direktor Bəşir Süleymanlı, Könüllülərin Beynəlxalq Əməkdaşlığı Təşkilatının prezidenti Elnur Məmmədlinin məhkəməsi keçirilib.

Vəkil İradə Cavadovanın Meydan TV-yə verdiyi məlumata görə, şahidlərin ifadələri yekunlaşdı.

Mayın 14-də təqsirləndirilən şəxslər sərbəst ifadələrini verəcək və SMDTM sədri Anar Məmmədli çıxış edib ittiham aktına münasibətini bildirəcək: “Məhkəmənin yekunlaşmaq üzrə olduğunu söyləmək olar”.

Vəkil bildirdi ki, şahidlərin və zərərçəkənlərin ifadələrinin təqsirləndirilənlərin xeyrinədir. 20 nəfər zərərçəkmiş şəxsdən yalnız biri özünü zərərçəkmiş hesab etdi. Amma proses zamanı zərərin nədən ibarət olduğunu ifadə edə bilmədi. Şahidlər isə təşkilatların xeyrinə ifadələrində heç bir qanun pozuntusu olmadığını dəfəflərlə vurğuladılar: “Əslində, ittiham tərəfi də ciddi pozuntularının olmadığını görür. Məhkəmədə istintaqın qərəzli aparıldığı açıq sezilir”.

Məhkəmə prosesi mayın 14-ü saat 14-ə qədər təxirə salındı.

Ana səhifəXəbərlər“Məhkəmədə istintaqın qərəzli aparıldığı açıq sezilir”