Məhkəmə Yunusların ölkədən çıxışına qadağa qoydu

Vəkil Elçin Sadıqov qərarı qanunsuz hesab etdiklərini və apellyasiya şikayəti verəcəklərini bildirib

Source:
Arif Yunus və Leyla Yunus
Arif Yunus və Leyla Yunus
Arif Yunus və Leyla Yunus
Arif Yunus və Leyla Yunus


Vəkil Elçin Sadıqov qərarı qanunsuz hesab etdiklərini və apellyasiya şikayəti verəcəklərini bildirib

Leyla Yunus və Arif Yunus müalicə almaq üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər.

Bu barədə vəkil Elçin Sadıqov öz Facebook səhifəsində xəbər verib ki, həkim ekspertin rəyinə əsasən Leyla Yunus xroniki hepatit, arterial hipertenziya, şəkərli diabet xəstəliklərindən əziyyət çəkir, öd kisəsindəki bir böyük daş pankreatit fəsadlarla şiddətli qarın ağrılarına səbəb olur və bu xəstənin xəstəxanada yerləşdirilməsinə, daşın çıxarılması üçün təcili əməliyyat olunmasına ehtiyac vardır. Arif Yunus şiddətli, həyati təhlükəli arterial hipertenziya (3-cü dərəcə, 240/120), 2 dəfə iflicdən sonrakı vəziyyət, arxa boyun nahiyyəsində naməlum ağrılarlardan əziyyət çəkir, gələcək fəsadların, həmçinin xəstənin ölümünün qarşısının alınması üçün onun yüksək ixtisaslaşdırılmış xəstəxana şəraitində nəzarət altında olması zəruridir.

Vəkil Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin 11 fevral tarixli qərarı ilə ərizənin təmin olunmadığını bəyan edib.

Elçin Sadıqov qərarı qanunsuz hesab etdiklərini və apellyasiya şikayəti verəcəklərini bildirib: “Hal-hazırda Leyla və Arif Yunus yuxarıda göstərilən xəstəliklərdən əziyyət çəkirlər və onların xaricdə müalicəsi zəruridir”.

Ana səhifəXəbərlərMəhkəmə Yunusların ölkədən çıxışına qadağa qoydu