Məhkəmə Yunusların iclasa məcburi gətirilməsini istəyir

Hakim hüquq müdafiəçilərinin internet vasitəsilə prosesə qoşulmasına razılıq verməyib

Source:


Hakim hüquq müdafiəçilərinin internet vasitəsilə prosesə qoşulmasına razılıq verməyib

Mayın 17-də Bakı Apelyasiya Məhkəməsində hüquq müdafiəçiləri Leyla və Arif Yunusların apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi iclasda Leyla və Arif Yunusların vəkili Elçin Sadıqov vəsatətlə çıxış edib.

O bildirib ki, Yunuslar xarici ölkədə müalicə aldıqları üçün məhkəməyə gələ bilmirlər. Vəkil onların məhkəmə iclasına “Facebook”, “Skype” və ” Whatsapp” proqramlarının köməyi ilə qoşulmalarını istəyib. Prokuror vəsatətin təmin edilməməsini xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib və onların iclasa məcburi gətirilmələri barədə qərar qəbul edib.

Proses mayın 31-də davam edəcək.

Ötən iclasda dövlət ittihamçısı Abbas Abbaslı  onların iştirakının vacib olduğunu deyib.

L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə), 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə L.Yunus 8 il 6 ay, A.Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmədə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi qərara alınıb.

Noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsində A.Yunus barəsində həbs- qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Dekabr ayının 9-da isə L.Yunus barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb. Bundan başqa, onun qızının evinə qoyulmuş həbs də götürülüb. Həmin məhkəmə qərarından narazı qalan L.Yunus və A.Yunus kassasiya şikayəti verib. Onlar barələrində bəraət hökmü çıxarılmasını istəyirlər.

Ali Məhkəmədə isə kassasiya şikayəti qismən təmin olunub, Bakı Apelyasiya Məhkəməsinin 09.12.2016-ci il tarixli apelyasiya şikayətinə yekun baxış iclasının qərarı ləğv edilib və iş yeni apelyasiya baxışına qaytarılıb.

L.Yunus və A.Yunus müalicə almaq üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. Məhkəmə iddia ərizəsini təmin etməyib. Onlardan qərardan apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsi də onların şikayətini təmin etməyib. Həmin qəradan narazı qalan L.Yunus və A.Yunus kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Məhkəmə onların şikayətini təmin edib.

Ötən il aprel ayında L.Yunus və A.Yunus Azərbaycanı tərk edərək, Hollandiyada gediblər. Onlar hazırda həmin ölkədə müalicə alırlar.

Ana səhifəXəbərlərMəhkəmə Yunusların iclasa məcburi gətirilməsini istəyir