Məhkəmə vəkillə bağlı şikayəti icraata götürməyib

Vəkil V.Məmmədovun cəmiyyətdə insanların intim həyatına aid məlumatları yaymaqla məşğul olan biri kimi tanınması haqda yazıb.

Source: Facebook


Aqil Layıc: “Onun haqqında rəy vaxtilə efirdə səsləndirdiyi ikraj doğuran fikirlərindən irəli gəlir”

“Azvision.az” saytının baş redaktoru, “Real” telekanalında müəllif verilişinin aparıcısı Vüsal Məmmədov bir sıra ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən vəkil Aqil Layıcın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Noyabrın 23-də Nizami Rayon Məhkəməsində onun vəkilə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya baxılıb. V.Məmmədov özü məhkəməyə gəlməyib, onu vəkili Mehman Muradlı təmsil edib.

Vəkil iddianı müdafiə edərək, icraata götürülüb baxılmasını istəyib.

İddianın səbəbi isə A.Layıcın “Facebook” səhifəsində V.Məmmədov haqqında yazdığı fikirlərdir. Vəkil V.Məmmədovun cəmiyyətdə insanların intim həyatına aid məlumatları yaymaqla məşğul olan biri kimi tanınması haqda yazıb.

V.Məmmədov məhkəməyə təqdim etdiyi iddia ərizəsində vurğulayıb ki, A.Layıc mübahisəyə səbəb olan statusu “Azvision.az” saytında Meydan TV əməkdaşları haqda yayılan məqalədən sonra yazıb: “Cavabdeh özü də qeyd edir ki. statusun yazılmasına səbəb mənim mənim Meydan TV haqqında yazdığım material olub. Çox qəribədir. Çünki həmin material müharibə dövründə Azərbaycana qarşı həyata keçirilən ideoloji təxribat cəhdlərinin ifşasına həsr olunub”.

Məhkəmədə A.Layıc iddiaya yazılı şəkildə etiraz verərək, onun icraata götürülməməsini istəyib. Vəkil bildirib ki, V.Məmmədov haqqında cəmiyyətdə formalaşmış konkret rəy var. Bu da ondan ibarətdir ki, o, müxalif mövqeli siyasətçilərin, tənqidçi jurnalistlərin şəxsi həyatına aid, intim görüntülər yayan jurnalist kimi tanınır. A.Layıc “Wikipedia” məlumat lövhəsindən çıxarışı, həmçinin V.Məmmədovun “7news.az” saytına müsahibəsindən bir hissəni də məhkəməyə təqdim edib. “Wikipedia”da V.Məmmədov haqqında “Azərbaycanda pornojurnalistikanın əsasını qoyduğu” qeyd olunub. Müsahibədə də jurnalist ona “sizi porno videoları efirə verən jurnalist kimi tanıyırlar” deyə sual verir.

“Onun haqqında formalaşmış rəy vaxtilə efirdə səsləndirdiyi ikrah doğuran fikirlərindən irəli gəlir”, – deyə A.Layıc bildirib.

Qısa müşavirədən sonra hakim iddianın icraata götürülməsindən imtina barədə qərar çıxarıb.

V.Məmmədov A.Layıcın cəzalandırılması üçün Vəkillər Kollegiyasına da şikayət edib.

Ana səhifəSiyasətMəhkəmə vəkillə bağlı şikayəti icraata götürməyib