“Məhkəmə təqsirsiz olduğumu sübut edəcək”

“Vəsaitlər iğtişaşların təşkilinə, siyasi partiyaların maliyyələşməsinə və hər hansısa digər qanunsuz məqsədlərə deyil, məramı hüquqların müdafiəsi, vətəndaş cəmiyyətinin güclənməsi və öhdəliklərə əməl edilməsinin dəstəklənməsi olan ictimai təşəbbüslərə sərf olunub”

Source:


“Vəsaitlər iğtişaşların təşkilinə, siyasi partiyaların maliyyələşməsinə və hər hansısa digər qanunsuz məqsədlərə deyil, məramı hüquqların müdafiəsi, vətəndaş cəmiyyətinin güclənməsi və öhdəliklərə əməl edilməsinin dəstəklənməsi olan ictimai təşəbbüslərə sərf olunub”

Fevralın 2-də hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsindən yarım il ötür. “Turan IA”nə qiyabi müsahibəsində o, öz cinayət işi, həbsxana həyatı haqqında təəssüratlarını bölüşür.


Sual:

 Həbsinizdən yarım il ötür, bu dövr sizin üçün hansı mənanı kəsb edib?


Cavab:

 Yalnız bir şeyə heyfslənirəm ki, bu vaxt ərzində Azərbaycanın güclənməsi üçün xeyli iş görə bilərdim, çünki əminəm ki,  hüquq və azadlıqların qorunması, güclü və müstəqil vətəndaş cəmiyyəti nəticədə dövlətin də güclənməsinə gətirib çıxarır, saxlanma şəraitindən və mənə münasibətdən  şikayətim yoxdur. Bu 6 ayda özümü darıxdırmamışam, azadlığa çıxmaq əsas məqsədimdir, düşünürəm ki, həbsdə olan hər kəsin, xüsusən də təqsirsiz şəxs azadlığa çıxmağı düşünür ki, məndə istisna deyiləm.


Sual:

Yaxın vaxtlarda azadlığa çıxmağa ümidiniz varmı?


Cavab:

Ümid həmişə var, ona görə ki, təqsirsiz olduğuma əminəm. Maliyyə sənədlərinin bir qismini prokurorluğa , digər qismini isə məhkəməyə təqdim etmişəm, 5 zərərçəkəkdən üçün zərərçəkmədiklərini məhkəməyə bildiriblər, digər iki zərərçəkənin isə zərərçəkmədiyini məhkəmədə sübut ediləcək. Hamı da dəqiq bilirki, sırf hüquq müdafiə fəaliyyəti ilə məşğul olmuşam, vəsaitlər iğtişaşların təşkilinə, siyasi partiyaların maliyyələşməsinə və hər hansısa digər qanunsuz məqsədlərə deyil, məramı hüquqların müdafiəsi, vətəndaş cəmiyyətinin güclənməsi və öhdəliklərə əməl edilməsinin dəstəklənməsi olan ictimai təşəbbüslərə sərf olunub. Ölkənin milli maraqlarına zərbə vurmaqdan ümumiyyətlə söhbət gedə bilməz.


Sual:

Məhkəmə artıq başlayıb, məhkəmənin yekununda azadlıq qərarı gözləyirsizmi?


Cavab:

 Niyə də olmasın, məhkəmə yeni başlayıb, baxmayaraq ki, ev dustaqlığına buraxılmağımla bağlı əvvəlki təcrübələr ürək açan deyil. ancaq indidən  yekun hökmü şübhə altına qoya bilmərəm. İndiyə qədərki fəaliyyətimdə də məhkəmə qərarlarını öncədən deyil, yalnız bu qərarlar veriləndən və onları analiz edəndən sonra əsassızlığına əmin olub tənqid etmişəm. Məhkəmə prosesim yəqin ki, növbəti iki-üç ay davam edəcək, nəticəni gözləyək.


Sual:

 Başqa bir əlavəniz varmı?


Cavab:

Məhkəməyə gələn şəxlərə, məni müdafiə edən yerli və beynəxalq ictimaiyyət nümayəndlərinə vəsəbrli və möhkəm olduqları üçün ailə üzvlərim və yaxınlarıma öz təşəkkürümü bildirirəm.


*


 Cəfərov 2014-cü il avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilib. Sonradan ona qarşı mənimsəmə və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb. O, bütün ittihamları təkzib edir və hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirir.


Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.

Ana səhifəXəbərlər“Məhkəmə təqsirsiz olduğumu sübut edəcək”