”Məhkəmə sistemi icra hakimiyyətindən asılı olan Azərbaycana heç bir investor gəlməz”

”Əksər hallarda zəif məhkəmə sistemi qərəzsiz, hərtərəfli və mövcud sübutlara tam baxılmaqla qərar çıxarmağa qadir deyil”

Source:


”Əksər hallarda zəif məhkəmə sistemi qərəzsiz, hərtərəfli və mövcud sübutlara tam baxılmaqla qərar çıxarmağa qadir deyil”

Azərbaycan Demokratiya və Rifah Hərəkatının keçirdiyi “dəyirmi masa”da Azərbaycanda məhkəmə və hüquq sisteminin mövcud durumu müzakirə olunub (Turan İA).

Təşkilatın rəhbəri Qubad İbadoğlu məhkəmə sistemini elementar standartlara uyğun olmayan, şəxsiyyətin və ya hüquqi şəxsin maraqlarının müdafiəsinə zəmanət verməyə qadir olmayan sistem kimi xarakterizə edib.

“Qanunun aliliyinə deyil, telefon hüququna əsaslanan indiki sistemdə xarici investorları cəlb etmək çətindir. Məhkəmə sistemi icra hakimiyyətindən asılı olan Azərbaycana heç bir investor gəlməz, o qeyd edib.

Transformation Index 2014-ə görə, Azərbaycan məhkəmələri korrupsiya və icra hakimiyyətinin təsirinə məruz qalıb ki, bu da məhkəmə qərarlarının qeyri-effektiv icrasına gətirib çıxarır.

Nations in Transit 2014-ə görə, əksər hallarda zəif məhkəmə sistemi qərəzsiz, hərtərəfli və mövcud sübutlara tam baxılmaqla qərar çıxarmağa qadir deyil.

2014-2015-ci illərdə qlobal rəqabət qabiliyyəti haqqında hesabata görə, məhkəmələr hökumət üzvləri, nüfuzlu şəxslər və şirkətlər tərəfindən siyasi təzyiqlərə məruz qalır.

Ekspertlər Azərbaycanın məhkəmə sisteminin əsas problemləri sırasında ali məktəblərdə hüquq təhsilinin səviyyəsinin aşağı olmasını, hakimlərin səriştəsizliyini, hakim və vəkil çatışmazlığını, hakim və vəkillərin əmək haqlarının az olmasını, ictimai nəzarətin zəifliyini, icra hakimiyyətinin məhkəmə sisteminə güclü təsirini göstəriblər.

Müzakirələr zamanı ekspertlər belə fikrə gəliblər ki, dövlət başçısının elan etdiyi kimi, müxtəlif sahələrdə islahatların aparılması üçün ilk növbədə məhkəmə sistemində islahatlar olmalıdır. Məhkəmə və hüquq sisteminin sağlamlaşdırılması üçün tövsiyələrin hazırlanması barədə qərar qəbul edilib.

Ana səhifəXəbərlər”Məhkəmə sistemi icra hakimiyyətindən asılı olan Azərbaycana heç bir investor gəlməz”