Onun ürəktutmasından həyatını itirdiyi bildirilir
Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev dekabrın 7-də gecə saatlarında vəfat edib.
22 ildir məhkəmə sədri olan Mahmud Nəbiyevin gecə saat 04 radələrində qəfildən ürək tutmasından vəfat etdiyi bildirilir.

70 yaşlı Mahmud Nəbiyev 2000-ci ildən məhkəmə sədri idi. Azərbaycanda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə 2000-ci ildə yaradılıb. O vaxtdan da Mahmud Nəbiyev bu məhkəmənin sədri olub.
2008-ci ildən ərazilər üzrə bölgü aparılıb, Bakı, Lənkəran, Gəncə, Şəki və Sumqayıt Ağır Cinayətlər Məhkəməsi adlandırılıb. Bundan sonra Mahmud Nəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri olub.