Məhkəmə Nərmin Şahmarzadəyə qarşı iddianı təmin etməyib

Xətai rayon məhkəməsi işə xitam verib

Source:
Nərmin Şahmarzadə
Nərmin Şahmarzadə


Xətai rayon məhkəməsi işə xitam verib

Bakının Xətai rayon məhkəməsi idmançı Araz Musayevin tələbə Nərmin Şahmarzadəyə qarşı iddiasını təmin etməyib.

Bu barədə Meydan TV-ə N.Şahmarzadə bildirib.

İdmançının vəkili Ramil Rüstəmov Nərmin Şahmarzadəni Cinayət Məcəlləsinin böhtan maddəsilə məsuliyyətə cəlb olunmasını, 3 il müddətinə azadlıqdan məhrum olunmasını, Azərbaycan xalqından üzr istəməsini xahiş edib.

Hakim iddianı təmin etmədiyindən işə xitam verib.

İdmançının məhkəməyə müraciətinə səbəb N.Şahmarzadənin “Facebook” sosial şəbəkəsindəki profilində Mübariz İbrahimovu qəhrəman hesab etmədiyini, eyni zamanda erməniləri düşmən saymadığı barədə paylaşımı olduğu

göstərilib.

Ana səhifəXəbərlərMəhkəmə Nərmin Şahmarzadəyə qarşı iddianı təmin etməyib