Məhkəmə MTRŞ-nın İTV-yə qarşı iddiasını təmin edib

Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkətini məhkəməyə verib

Source:


Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkətini məhkəməyə verib

APA-nın məlumatına görə, MTRŞ “İTV”də yayımlanan “Qarabağnamə” çoxseriyalı bədii televiziya filminə ayrılan vəsaitin geri qaytarılması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə şuranın iddiasını təmin edib. Həmin qərarla razılaşmayan İTV isə apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

İTV “Qarabağnamə”çoxseriyalı bədii televiziya filmini yarımçıq dayandırdığına görə şura məhkəməyə müraciət edib.

2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün telekanallara dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılması barədə sərəncam imzalamışdı.

Həmin vaxt “Qarabağnamə” serialının çəkilişinə 100 min manat vəsaitin sərf olunacağı bildirilirdi.

N.Məhərrəmli APA-ya açıqlamasında onu da bildirib ki, televiziya kanallarının çəkdiyi seriallar onları qane etməyib: “Bu kanalların əksəriyyəti onlara verilən vəsaitdən lazımınca istifadə etmədi. Bəlkə də şəxsi məqsədlər üçün istifadə etdilər. Artıq bir telekanalı məhkəməyə vermişik, bəzilərini də verəcəyik”

.

Ana səhifəXəbərlərMəhkəmə MTRŞ-nın İTV-yə qarşı iddiasını təmin edib