Məhkəmə jurnalistin vəsatətini təmin edib

Vəkil xətşünaslıq ekspertizasının keçirilməsi haqqında vəsatət verib

Source:
Fikrət Fəraməzoğlu foto sosial şəbəkə
Fikrət Fəraməzoğlu foto sosial şəbəkə
Fikrət Fəraməzoğlu foto sosial şəbəkə
Fikrət Fəraməzoğlu foto sosial şəbəkə


Vəkil xətşünaslıq ekspertizasının keçirilməsi haqqında vəsatət verib

Martın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Jam.az” saytının rəhbəri Fikrət İbişbəylinin (Fərəməz oğlu) cinayət işi üzrə məhkəmə prosesi olub.

Meydan TV-nin məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə vəkil Elçin Sadıqovun ötən iclasda verdiyi vəsatət müzakirə edilib.

Vəkil istintaq dövründə baxış protokolundakı imzaların F. Fərəməzoğluna aid olmadığını deyib. Bununla bağlı xətşünaslıq ekspertizasının keçirilməsi haqqında vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib və cinayət işi ekspertizaya göndərilib. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi, paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu “Jam.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprelində ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.

Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb. F. İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərMəhkəmə jurnalistin vəsatətini təmin edib