Məhkəmə ”işıq məhbusu”nun şikayətini təmin etmədi

”Dövlətin tutduğu vəkil həbsin uzadılması qərarından apelyasiya şikayəti verməyib”

Source:


”Dövlətin tutduğu vəkil həbsin uzadılması qərarından apelyasiya şikayəti verməyib”

Martın 27-də Bakı Apelyasiya Məhkəməsində Biləsuvarda işıqlarının kəsilməsinə etiraz edən Cəbrayıl köçkünlərinin işinə baxılıb.

Məlumatı vəkil Elçin Sadıqov verib. Bildirib ki, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə “işıq məhbusu” Calal Quliyevin barəsindəki həbs qətimkan tədbirinin 23 iyun 2017-ci il tarixədək uzadılması barədə Nəsimi rayon Məhkəməsinin 14 mart tarixli qərarından verdikləri şikayətə baxılıb. Məhkəmə şikayəti təmin etməyib. Qərar dəyişdirilmədən saxlanıb.

“Martın 14-də “işıq məhbusları”nın barəsində həbs qətimkan tədbirinin uzadılması məsələsinə baxılarkən Zaur Fehruzlu, Ülvi Quliyev və İlkin İsgəndərov onların  barəsində çıxarılan qərara etiraz etdilər. Buna baxmayaraq, dövlət hesabına təyin edilmiş vəkillər həbsin uzadılması barədə qərardan apelyasiya şikayəti verməyiblər”, – deyə vəkil bildirir.

Elçin Sadıqov dövlət tərəfindən tutulmuş vəkillərin işlərini düzgün yerinə yetirmədiklərini söyləyir:

“Həbsin uzadılması məsələsinə Nəsimi Rayon Məhkəməsində baxılarkən hakimin “məhkəməyə etirazın varmı?” sualına “bəli etirazım var, mən heç bir cinayət törətməmişəm”, – cavabını verən şəxsə dövlət hesabına təyin edilmiş vəkil “sənə nə sual verirlər ona cavab ver, əlavə şeylər danışma”, – deyib. Bu, normal deyil”.

2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı köçkünlər yaşadıqları qəsəbələrə verilən elektrik enerjisinin kəsilməsinə görə etiraz aksiyası keçirmişdilər.

Əvvəlcə aksiyada iştirak edən Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Alməmmədov saxlanıldı. Sonra onlara hakimiyyət nümayəndəsinə müqavimət göstərməyə, iğtişaşlar törətməyə, başqasının əmlakına qəsdən ziyan vurmağa görə ittiham irəli sürüldü.

Dekabrın 24-də isə daha iki köçkünə Ülvi Quliyev və İlkin İsgəndərova eyni ittihamlar verildi.

Ana səhifəXəbərlərMəhkəmə ”işıq məhbusu”nun şikayətini təmin etmədi