Məhkəmə Gözəl Bayramlı ilə bağlı qərarı qüvvədə saxladı

Vəkil: “Gözəl xanım Qazax Rayon Məhkəməsində keçiriləcək prosesə hazırdır”

Source:
Gözəl Bayramlı
Gözəl Bayramlı
Gözəl Bayramlı
Gözəl Bayramlı


Vəkil: “Gözəl xanım Qazax Rayon Məhkəməsində keçiriləcək prosesə hazırdır”

Noyabrın 15-də Bakı Apelyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının ev dustaqlığına buraxılmaması haqda Nəsimi Rayon Məhkəməsinin qərarını qanuni sayıb.

Vəkil Zibeydə Sadıqova Meydan Tv-yə belə deyib.

Məhkəmə şikayətin əsassız olduğu qənaətinə gələrək rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Vəkil qərardan Avropa Məhkəməsinə şikayət ediləcəyini bildirib.

Gözəl Bayramlının ev dustaqlığına buraxılmasından üçüncü dəfədir ki, imtina edilir.

Vəkil Gözəl Bayramlının 10 gün qripdən əziyyət çəkdiyini, amma əhval-ruhiyyəsinin yaxşı olduğunu bildirib.

Z.Sadıqova deyir ki, G.Bayramlı Qazax Rayon Məhkəməsində keçiriləcək prosesə hazırdır.

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i, axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonra onun həbsi 2 dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib. Xanım siyasətçi oynaq xəstəliyindən əziyyət çəkdiyini deyir.

Ana səhifəXəbərlərMəhkəmə Gözəl Bayramlı ilə bağlı qərarı qüvvədə saxladı