Məhkəmə gənc fəalların şikayətinə baxmadı

Vəkil bu qərarın tamamilə əsassız olduğunu, apelyasiya şikayəti verəcəklərini vurğulayıb

Source:
Bayram Məmmədov və Qiyas İbrahim
Bayram Məmmədov və Qiyas İbrahim
Bayram Məmmədov və Qiyas İbrahim
Bayram Məmmədov və Qiyas İbrahim


Vəkil bu qərarın tamamilə əsassız olduğunu, apelyasiya şikayəti verəcəklərini vurğulayıb

Gənclərin işgəncəyə məruz qalması ilə bağlı cinayət işi açılmadı. Səbail Rayon Məhkəməsi həbsdə olan gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun saxlanıldıqları zaman işgəncəyə məruz qalmaları ilə bağlı cinayət işinin açılmasını qəbul etməyib. Məhkəmə sentyabrın 14-də belə qərar verib.

Bu haqda gənclərin vəkili Elçin Sadıqov “facebook” səhifəsində yazıb.

Vəkil deyib ki, may ayında Bayram Məmmədov və Qiyas İbrahimovun işgəncəyə məruz qalması epizodu üzrə cinayət işinin açılması, işgəncə verənlərin məsuliyyətə cəlb olunması məqsədi ilə prokurorluğa müraciət edib. Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Asəm Səfərəliyev isə iyunun 7-də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edib.Səbail Rayon Məhkəməsindən həmin qərarın ləğv edilməsi, işgəncə ilə bağlı cinayət araşdırmasının aparılması istənilirdi.

Hakim Elmar Rəhimov şikayəti rədd edib. Vəkil bu qərarın tamamilə əsassız olduğunu, apelyasiya şikayəti verəcəklərini vurğulayıb.

Ana səhifəXəbərlərMəhkəmə gənc fəalların şikayətinə baxmadı