Məhkəmə Faiq Əmirlinin şikayətini təmin etməyib

Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin 3 aylıq həbs qətimkan qərarını qüvvədə saxlayıb

Source:


Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin 3 aylıq həbs qətimkan qərarını qüvvədə saxlayıb

Sentyabrın 2-də Apellyasiya Məhkəməsi “Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin həbsindən verilən şikayəti təmin etməyib. Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin avqustun 22-də F.Əmirli barədə verdiyi 3 aylıq həbs qətimkan tədbirini qüvvədə saxlayıb. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı “facebook” səhifəsində yazıb.

O, bildirib ki, F.Əmirlinin şikayəti Avropa İnsan Haqları Məhkəməsinə göndəriləcək.

F.Əmirli 2016-cı il avqustun 20-də yaşadığı binanın qarşısında mülki geyimli şəxslər tərəfindən saxlanılıb.Ona qarşı Cinayət Məcəlləsinin  283-cü maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.

O, saxlanılandan sonra Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə aparılıb. F.Əmirlinin avtomobilinin yük yerindən Fəthullah Gülənin bir neçə kitabının çıxdığı deyilir. Ancaq F.Əmirlinin yaxınları və hadisənin şahidləri bildiriblər ki, həmin kitabları yük yerinə maşına baxışdan öncə naməlum adamlar qoyublar. F.Əmirli deyib ki, saxlanılandan sonra onun maşınının açarı bir saatlıq əlindən alınıb.

F.Əmirli “Hizmet” hərəkatına xidmət etməkdə günahlandırılır.

“Hizmət” hərəkatının hazırda ABŞ-da yaşayan və Türkiyədə iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə təqsirləndirilən Fəthullah Gülənin tərəfdarlarının yaratdığı bildirilir.

“Hizmet” hərəkatını hazırda ABŞ-da yaşayan və Türkiyədə iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə təqsirləndirilən Fethullah Gülen-in tərəfdarlarının yaratdıqları deyilir.

Avqustun 15-də Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülən tərəfdarlarına qarşı cinayət işi açılıb.

Ana səhifəXəbərlərMəhkəmə Faiq Əmirlinin şikayətini təmin etməyib