Məhkəmə cəbhəçi gəncin şikayətini təmin etməyib

”Siyavuş Novruzov əsəbləşərək Avropa Məhkəməsini ”cəbhəçilər məhkəməsi” adlandırıb”

Source:
Əsabəli Mustafayev
Əsabəli Mustafayev


”Siyavuş Novruzov əsəbləşərək Avropa Məhkəməsini ”cəbhəçilər məhkəməsi” adlandırıb”

Noyabrın 30-da gənc cəbhəçi İslam Sahiboğlu barəsində 30 gün inzibati həbs tədbirinin tətbiq olunmasından verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə məlumatı vəkil Əsabəli Mustafayev yayıb. Vəkil məhkəmənin qərarının gözlənilən olduğunu qeyd edib.

Bildirib ki, məhkəmədə İslam Sahiboğlu da iştirak edib. Çıxışında həbsinin əsl səbəbinin siyasi fəaliyyəti və sosial şəbəkələrdəki statuslarının olduğunu deyib:

“Yeni məhkəmə instansiyası da məlumdur. Eşitdiyimə görə Siyavuş Novruzov əsəbləşərək Avropa Məhkəməsini “cəbhəçilər məhkəməsi” adlandırıb. Çünki bu məhkəmə çoxlu sayda cəbhəçilərin hüquqlarının pozuntusunu tanıyıb və onlara böyük məbləğdə kompensasiya ödənməsi barədə qərarlar qəbul edib. Siyavuş müəllim səhv edir. Ona qalsa, gərək yerli hüquq mühafizə orqanları cəbhəçilərə işləyənlər kimi tanına. Polislər heç bir qanuni əsas olmadan fəalları tutur, savadsız sənədlər tərtib edirlər. Məhkəmələr isə bu sənədlər üzrə qanunsuz və əsassız qərarlar çıxarırlar. Yazıq Avropa Məhkəməsi belə savadsız və qanunsuz qərarlar üzrə daha hansı qərar qəbul edə bilər?”, – deyə vəkil əlavə edib.

İslam Sahiboğlu Noyabrın 25-də saxlanıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib.

Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. AXCP-nin daha bir neçə fəalı isə inzibati qaydada həbs edilib.

Ana səhifəXəbərlərMəhkəmə cəbhəçi gəncin şikayətini təmin etməyib