Məhkəmə Baş prokurorluğun qərarını qanunsuz hesab etdi

Cahangir Hacıyevin şikayəti təmin olundu

Foto: arxiv
Cahangir Hacıyev
Cahangir Hacıyev


Cahangir Hacıyevin şikayəti təmin olundu

Martın 11-də Səbail rayon Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin vəkili Aqil Layıcovun Baş Prokurorluğun qərarının mübahisələndirilməsi ilə bağlı verdiyi müraciətə baxılıb.

Hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə müraciət araşdırılıb və qərar qanunsuz hesab edilərək vəkilin şikayəti təmin edilib.

C.Hacıyev Baş Prokurorluğun qərarı əsasında istintaq hərəkətləri ilə əlaqədar ötən il dekabrın 30-dan bu il yanvarın 21-dək saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə köçürülüb. C.Hacıyevin vəkili A.Layıcov isə qərarı mübahisələndirib və Səbail rayon Məhkəməsinə müraciət edib.

C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib (


trend.az


).

Ana səhifəXəbərlərMəhkəmə Baş prokurorluğun qərarını qanunsuz hesab etdi