Məhkəmə Askerova verilmiş ömürlük həbsi qüvvədə saxlayıb

69 yaşlı etnik özbək Askarov 2010-cu ilin iyun ayında Qırğızıstanın cənubunda 400-dən çox insanın öldüyü kütləvi iğtişaşların təşkil edilməsində və etnik nifrət oyatmaqda ittiham olunur.

Source: Specify Source


Qərar dissidentin sərbəst buraxılacağına olan ümidləri alt-üst edib

Qırğızıstan Ali Məhkəməsi çərşənbə günü “millətlərarası nifrəti körükləməkdə” ittiham olunan dissident məhkum Azimjon Askarova oxunmuş ömürlük həbs cəzasını qüvvədə saxlayıb.

“Reuters” xəbər verir ki, qərar dissidentin ölkədəki yeni rəhbərlik altında sərbəst buraxılacağına olan ümidləri alt-üst edib.

Askarovun həbsi 2015-ci ildə Vaşinqton ona insan haqları mükafatı verəndə ABŞ-la söz savaşına səbəb olmuşdu. O vaxtın Qırğızıstan Prezidenti Almazbek Atambayev bu addıma hələ imzalanmamış ABŞ-la əməkdaşlıq sazişinə xitam verməklə cavab vermişdi.

69 yaşlı etnik özbək Askarov 2010-cu ilin iyun ayında Qırğızıstanın cənubunda 400-dən çox insanın öldüyü kütləvi iğtişaşların təşkil edilməsində və etnik nifrət oyatmaqda ittiham olunur.

Jurnalist və hüquq müdafiəçisi Askarovun apelyasiya şikayətini dinləyən Ali Məhkəmə çərşənbə günü verdiyi qısa qərarda şikayəti rədd etdiyini bildirib.

Atambayevin varisi Sooronbay Jeenbekov idarə etdiyi Qırğızstanda Askerovun azadlığa çıxacağına ümid edilirdi. Bu il bir neçə insan hüquqları qrupu Qırğızıstan rəhbərliyindən Askarovun sərbəst buraxılmasını istəmişdi.

Ana səhifəDünyaMəhkəmə Askerova verilmiş ömürlük həbsi qüvvədə saxlayıb