Məhkəmə ANS-in iddiasını təmin etmədi

Məhkəmə qərarında qeyd edib ki, həmin məsələyə birinci instansiyası tərəfindən baxıla bilməz

Source:


Məhkəmə qərarında qeyd edib ki, həmin məsələyə birinci instansiyası tərəfindən baxıla bilməz

Bakı Apellyasiya Məhkəməsində ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Nurəddin Mustafayevin sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, ANS-in iddiası təmin edilməyib.

Sentyabrın 30-da MTRŞ-nın iclası keçirilib. Həmin iclasda ANS televiziyasının efirində həftə ərzində bazar günü istisna olmaqla, 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 07:00-dan – 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan “Salam, Azərbaycan” proqramının yayımının 06 oktyabr 2015-ci il tarixindən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə də qərar qəbul edilib.

“ANS” Teleradio Şirkət MTRŞ tərəfindən verilən qərarın qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Şikayətə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və iddia təmin edilməyib. Lakin həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 5 noyabr tarixli qərarı ilə ləğv edilib. Məhkəmə qərarında qeyd edib ki, həmin məsələyə birinci instansiyası tərəfindən baxıla bilməz.

Ana səhifəXəbərlərMəhkəmə ANS-in iddiasını təmin etmədi