Məhəmməd Talıblı: “Çətin olacaq”

“Böyük şirkətlərdə kütləvi ixtisarlar və kiçik müəssisələrin bağlanması kütləvi hal alacaq”

Source:


“Böyük şirkətlərdə kütləvi ixtisarlar və kiçik müəssisələrin bağlanması kütləvi hal alacaq”



H




əftə prezident İlham Əliyevin ölkədəki iqtisadi-syasi və sosial vəziyyətlə bağlı keçirdiyi müşavirə ilə yadda qaldı. İqtisadçı Məhəmməd Talıblıyla söhbətimizdə prezidentin çıxışının sosial-iqtisadi tərəflərini suallarımızla açmağa çalışdıq.



M


əhəmməd bəy, p


rezidentin sonuncu m


üş


avir


ə


si sizd


ə


hans


ı


t


əə


ss


ü


ratlar


ı


yaratd


ı


?

–  Məndə elə təəssürat yarandı ki, prezident müşavirədəki çıxışında  2 problemə daha çox aksenti salmışdı. Bir tərəfdən dünyada böhran var və böhran bütün Qərb və Avropada iqtisadi kataklizmlər doğurub. Digər tərəfdən, neftin qiymətinin 2 dəfədən çox düşməsinin arxasında siyasi amillər durur və bu ssenarini həyata keçirənlər xoş niyyətlə etmirlər. Yəni, bununla da demək istəyib ki, bütün dünyada böhrana düçar olmayan təkcə bizik və buna görə də düz yoldayıq. Amma nəzərə alaq ki, dünyada nə iqtisadi böhran var, nə də dərin tənəzzül elementlərinin güclü olduğu iqtisadi situasiya mövcuddur. Dünyada iqtisadi artım 3,5 faiz səviyyəsində baş verib. Gələn il də daxil olmaqla dünyada yaxın illər üçün neqativ iqtisadi tendensiyalar da proqnozlaşdırılmır. Məncə, bütün bu çıxışda sadə vətəndaşlar üçün əsas veriləcək şüuraltı mesaj budur: bizdən kənarda dünya pis gündədir, amma biz hökumət olaraq sizləri bu pislikdən qoruyuruq!



Siz nec


ə


d


üşü


n


ü


rs


ü


n


ü


z, neftin qiym


ə


tinin d


üş


m


ə


sind


ə


siyasi sifari


ş


rol oynay


ı


rm


ı


?

–  Neft iqtisadi faktor olsa da, onun qiymət konyukturasında qeyri-iqtisadi faktorların rolu mühümdür. Ona görə dünyada neftin qiymət səviyyəsindən söz açanda deyilir ki, neftin konyuktur qiymət səviyyəsi belədir. Ümumiyyətlə isə neftin qiymətinə təsir edən bir neçə ciddi faktorlar var. Burada OPEK-in hasilat kvotası, böyük neft istehlakçılarının (ABŞ, Çin) idxal etdikləri neftin həcmi, mövsümü amillər və s. onlarla digər faktorlar. Bütün bunlara baxmayaraq neftin qiymətini birmənalı diktə edən dünyada subyekt yoxdur. Bu qiymət rəqsi səbəblər toplusunun təsiri altında formalaşır.



D


ö


vl


ə


t ba


şçı


s


ı


vaxtil


ə


al


ı


nm


ış


b


ə


zi


ə


mlaklar


ı


n qiym


ə


tinin d


üş


m


ə


si v


ə


x


ü


susil


ə


avro, dollar m


ə


z


ə


nn


ə


l


ə


ri aras


ı


nda ba


ş


ver


ə


n b


ə


zi d


ə


yi


ş


m


ə


l


ə


rinin D


ö


vl


ə


t Neft Fondunun ehtiyatlar


ı


n


ı


n azalmad


ığı


n


ı


hesab edir. Amma informasiyalar f


ə


rqli reall


ığı


ortaya qoyur, bu bar


ə


d


ə


n


ə


dey


ə


bil


ə


rsiniz?

–  Bilirsiz ki, DNF son 2 il öncə daşınmaz əmlakın alınmasına təxminən fonddan 450 milyon dollar vəsait yönəltmişdi. Bunlar London, Rusiya və Parisdə alınan daşınmaz əmlaklarla bağlıdır. İcarəyə verilən həmin obyektlərin həm icarə qiymətləri, həm də onların bazar dəyəri aşağı düşüb. Amma təkcə daşınmaz  əmlakda yox, aktivlərin idarəedilməsində və ondan qazanılan gəlir səviyyəsi də yüksək deyil. İllik ortalama artım hətta 1 faizə yaxın deyil. Ona görə, DNF-nun investisiya strategiyasında müəyyən problemlər aradan qaldıırılmaqla daha yüksək gəlir əldə etmək strategiyası həyata keçirilməlidir.



Nec


ə


d


üşü


n


ü


rs


ü


n


ü


z, g


ə


l


ə


n ilin b


ü


dc


ə


sinin balansla


ş


d


ı


r


ı


lm


ış


olmas


ı


dey


ə


nd


ə


, n


ə


l


ə


r n


ə


z


ə


rd


ə


tutulur v


ə


balansla


ş


d


ı


r


ı


lm


ış


b


ü


dc


ə


biz


ə


n


ə


ver


ə


c


ə


k?

–  Balanslaşdırılmış büdcə dedikdə, büdcə kəsiri riski aşağı olan və gəlir-xərc optimallığını təmin etmək başa düşülür. Çalışılacaq ki, dövlət büdcəsində əvvəlki illərdən fərqli olaraq azalmalar olmasın. Amma dövlət büdcəsinə DNF-dan transferləri bu ilki səviyyədə saxlamaq da çətin olacaq. DNF hələ qiymət azalmasından sonra belə 2015-ci ilin yarımillik proqnozlarını (10,3 milyard) həyata keçirə bilməyib. Cəmi 3,5 milyard manat həcmində olan vəsaiti DNF-dan dövlət büdcəsinə köçürmək mümkün olub. Yarım ildə əlavə 8 milyard manata yaxın vəsaiti isə ilin sonuna qədər köçürmək öhdəliyi qalır. Bunu icrasında müəyyən problemləri görürəm. 90 dollarla götürülən neftin qiyməti 45 dollar civarındadır. Bu proqnoz öhdəliyi üçün ciddi xəta həddidir. Növbəti ilin dövlət büdcə parametrlərində müəyyən problemlər də mümkündür. İnvestisiya layihələrindən bəziləri təxirə salınacaq. Neft pulları hesabına şişmiş dövlət aparatı xərcləri azaldıla bilər. Bəzi nazirlik və komitələr birləşdirilə və bəzi dövlət strukturlarında isə ixtisarlar başlaya bilər. Ona görə dövlət büdcəsində əvvəlki xərc maddələrində bəzi dəyişikliklər və ya azalmalar edilməsi baş verəcək.



Ə


liyev bildirib ki, h


ö


kum


ə


t g


ə


l


ə


n il yeni situasiya il


ə


i


ş


l


ə


y


ə


c


ə


k, sual yaran


ı


r, b


ə


s indiy


ə


q


ə


d


ə


r hans


ı


situasiyalarda i


ş


l


ə


yib?

–  Bu postneft dövrünün yaratdığı çətinlikləri hökumət öz “dərisində” hiss etməyə başlayıb. İki situasiyanı bir-birindən ayırmamız lazımdır. Neft pullarının yaratdığı səxavətli və populist layihələrə yönəlik xərclər və “köpüklü” situasiyası. Digəri neft pullarının axın kanallarının daraldığı və qənaət rejimində işləməyə məcbur olan situasiya. Düşüncəmə görə böyük neft pullarını xərcləməyə öyrənmiş hökumətin çətin şərtlər altında qeyri-neft sektorundan daxilolmaların zəif olduğu müddətdə çalışacaq situasiyaya adaptasiya olunması çox çətindir.

Əslində ağır situasiya yaranmamış və yaradılmamış bəzi xərcləri azaltmaqla optimal xərc strategiyası həyata keçirmək lazım idi. Avropa Olimpiya Oyunlarına xərclənən milyardlarla puldan sonra süfrədə nə olmalı idi ki? Hər 100 dollarlıq ixracatın 95 dollarını neft məhsullarının satışından əldə edən hökumət başa düşməli idi ki, qeyri-neft ixracatından postneft dövründə mən nə qazanacam? Yəni, demək istəyirəm ki, bu səbəb deyil, etdiklərimizin doğurduğu nəticədir.



Son 10 ild


ə


prezidentin ke


ç


irdiyi toplant


ı


larda, m


üş


avir


ə


l


ə


rd


ə


ilk d


ə


f


ə


ydi ki, israf


çı


l


ığ


a yol verilm


ə


m


ə


si, q


ə


na


ə


tl


ə


i


ş


l


ə


m


ə


k bar


ə


d


ə


dan


ışı


ld


ı


. Bu m


ə


nada sual yaran


ı


r: iqtisadi-maliyy


ə


v


ə


ziyy


ə


ti o q


ə


d


ə


rmi kritikdir M


ə


h


ə


mm


ə


d b


ə


y?

–  İllərdir ki, biz yazanda və deyəndə ki, postneft dövrünün çətinliklərinə indidən hazırlaşmalıyıq, onda düşünürdülər bəlkə bizim qərəzimiz var. Halbuki, əsla belə deyildi. Bunu aydın görürdük ki, hasilatın pik dövrü 2011-ci ildən sonra geridə qalacaq və çətin günlər başlayacaq. Hasilatla bağlı dinamika aşağı düşürdü və dünyada isə neftin qiymət səviyyəsi də aşağı doğru gəlirdi. ABŞ kimi böyük neft idxalçısı və istehlakçısı özünün şist qazı və neftini rekord həddə hasilatına başlamışdı. Dünyanın enerji bazarına böyük oyunçular daxil olmuşdu. Enerji resurslarına  söykənərək asan idarəetməyə öyrənən hökumətləri böyük sınaqlar gözləyəcək. Əslində bizim kritik situasiyamızı şərtləndirən 2 faktor daha dominant olub. Biri DNF-a daxilolmaların əvvəlki tək böyük olmaması və buna görə dövlət büdcəsinə transferin doğurduğu fiskal risklə bağlıdır. Digəri isə MB-ın manatın dəyərinin saxlanması ilə bağlı özünün rezervlərindən maksimum isitifadəsi ilə bağlıdır. Yarım il ərzində 15,3 milyardlıq MB-ın ehtiyatlarının 7,5 milyard manat enib. Bu ciddi olaraq monetar risk deməkdir. Demək, bizim strateji valyuta ehtiyatlarımızın azalması sürətlə gedir. Divar qurtarmamış bufer zona elan edib önləyirlər. Kritikliyi ifadə edən digər faktor yaxın dövr üçün neft qiymətinin yüksəlmək ehtimalının az olması və nəticədə valyuta daxiliçi tədbirlər görmək lazım idi. Valyuta ehtiyatlarımızın azalması bizi  doğrudan da ağır situasiya ilə üz-üzə qoyub.



Ancaq


Ə


liyev 2016-c


ı


ild


ə



ö


lk


ə


ni s


ü


r


ə


tli inki


ş


af g


ö


zl


ə


diyini d


ə


deyir…?

–  Mən Azərbaycanın gələn ildən başlayaraq yaranacağı dövrü 90-cı illərin son illəri ilə oxşar əlamətləri olacağını düşünürəm. Ölkənin 2016-17-ci illərdə makroiqtisadi göstəricilər pisləşəcək. ÜDM-in səviyyəsi, xarici ticarət dövriyyəsi, büdcə balansındakı problemlər, məşğulluğun azalması və s. kimi problem yaranacaq. Böyük şirkətlərdə kütləvi ixtisarlar və kiçik müəssisələrin bağlanması kütləvi hal alacaq. Bu baxımdan mən sürətli inkişaf yox, valyuta ehtiyatlarımızın azalması və onun doğurduğu sosial gərginliyi daha çox proqnozlaşdırıram.



Xahi


ş


edir


ə


m


Ə


liyevin bu fikirl


ə


rini


şə


rh ed


ə


siniz: “D


ö


vl


ə


t ba


şçı


s


ı


bildirib ki, bu ilin


ö


t


ə


n m


ü


dd


ə


ti


ə


rzind


ə



Ü


mumi Daxili M


ə


hsul t


ə


xmin


ə


n 6 faiz, qeyri-neft iqtisadiyyat


ı


is


ə


9 faizd


ə


n


ç


ox art


ı


b, inflyasiya


ç


ox a


ş


a


ğı


s


ə


viyy


ə


d


ə


dir, k


ə


nd t


ə


s


ə


rr


ü


fat


ı


m


ə


hsullar


ı


n


ı


n istehsal


ı


7,3 faiz, qeyri-neft s


ə


nayesi 14 faiz art


ı


b. Bu, b


ö


hranl


ı


ill


ə


rd


ə



ə


ld


ə


edil


ə


n nailiyy


ə


tdir. D


ü


nya miqyas


ı


nda buna b


ə


nz


ə


r y


ü


ks


ə


k n


ə


tic


ə


l


ə


r g


ö


rm


ə


k


ç


ox


çə


tindir”.

–  İqtisadi artımın səviyyəsinin ildən-ilə aşağı düşməsi bir faktdır. 2006-cı ildə 36 faizlik iqtisadi artıma nail olan Azərbaycan 2014-cü ildə cəmisi 2,8 faizlik ÜDM-in həcmini genişləndirə bilib. Bunun harası güclü iqtisadi artım tempi olan il oldu ki? Qeyri-neft ÜDM-nin nisbi artımı isə vaxtı ilə neft-qaz sektoru kimi qeydə alınan neft-kimya təyinatlı müəssisələri qeyri-neft sektoruna aid etməklə qeyri-neft ÜDM-də artıma metodoloji baxımından guya nail olunması qeyd olunur. Qeyri-neft sekrorundakı artım qeydlərində bu faktorun rolu böyükdür. Digər tərəfdən isə kənd təsərrüfatında idxal asıllığı daha da böyüyüb. Bəzi mal pozisiyaları üzrə idxal olunan məhsullar 70-80 faiz təşkil edib. Baha qiymətə kənd təsərrüfatı məhsulları alan ölkə vətəndaşları daha çox ailə büdcələrindən inhisarçı şirkətlərin hesabına böyük pullar xərcləyir. Bu yoxsulluğun dərinləşməsinə və ailə büdcələrinin çətinləşməsinə gətirib çıxarır. Ailə büdcələri mövcud ehtiyaclarını ödəyə bilməyən vətəndaşlar kommersiya banklarından ağır şərtlərlə borclamaya girirlər. Belə vətəndaşların sayı 2,5 milyon nəfərə çatır. Bu ölkədə rifah səviyyəsinin yüksək olması və əhali gəlirlərinin artması fikirlərini əhəmiyyətsizləşdirir. Bu gerçəkliyə həmin “arqumentlər” dözmür. Mən şəxsən yaxın və orta müddətlə bağlı sosial-iqtisadi sahədə ciddi çətinliklər və onun doğurduğu sosial gərginliyi proqnozlaşdırıram. Bu baxımdan mən şəxsən pessimistəm.

Ana səhifəXəbərlərMəhəmməd Talıblı: “Çətin olacaq”