Məhəllələrdə 10-12 mərtəbəli yaşayış binalarının tikilməsi tövsiyə olunur

Komitə sədri: ”16 mərtəbə və daha yüksək yaşayış evlərinin tikintisinə yol verilməməlidir”

Source:


Komitə sədri: ”16 mərtəbə və daha yüksək yaşayış evlərinin tikintisinə yol verilməməlidir”


Dövlət Şəhərsalma və Arxitektura komitəsində Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarının icrası ilə bağlı həmin rayonların İcra Hakimiyyətin başçısının müavinləri və baş memarları ilə görüş keçirilib.

“Report”un xəbərinə görə, iclasda çıxış edən qurumun sədri Abbas Ələsgərov bildirib ki, pilot layihə Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarının ərazilərində həyata keçirilir.

Komitə tərəfindən tikintisi nəzərdə tutulan obyektlər üzrə planlaşdırma tövsiyələri razılaşdırılıb və bunlar 22 obyekt təşkil edir. Bununla yanaşı, sökülənlərə nisbətdə mənzillərin sayı və onların ümumi sahəsi 5 dəfədən çox artırılıb.

Bu zaman hər bir obyekt üzrə ərazinin tikinti sıxlığı əmsalı 1 ha-da 20 000 kvadratmetr hesabı ilə götürülüb ki, bu da normativlərə uyğundur.

Şəhərsalmada əsas göstəricinin 1 hektara düşən tikinti sıxlığı və yaşayış evləri üçün ayrılmış ərazinin tikinti əmsalı olduğunu deyən A.Ələsgərov vurğulayıb ki, söküləcək ərazilərdə tikinti əmsalına və tikinti sıxlığı əmsalına əməl olunması mütləqdir.

A.Əsgərov bildiirb ki, məhəllənin tikintisində 16 mərtəbə və daha yüksək yaşayış evlərinin tikintisinə yol verilməməli, yalnız müvafiq əsaslandırma olduqda dominant olaraq bir yaşayış evinin yerləşdirilməsi mümkündür.

İlkin olaraq bina və qurğuların sökülməsi nəzərdə tutulan ərazilərdə həmin ərazidə yerləşdirilməli olan əhalinin köçürülməsi üçün əsas kimi qəbul edilən bir ayrı dayanan 16 mərtəbəli və ya daha hündür yaşayış evinin tikilməsi yolveriləndir.

Məhəllədaxili tikintilərdə 10-12 mərtəbəli yaşayış binalarının tətbiqi tövsiyə olunur.

Komitə tərəfindən mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən səmərəli istifadə edilməsini təmin etmək, investorların bu sahəyə marağının cəlbediciliyini artırmaq və bu layihənin həyata keçirilməsində ortaya çıxan bəzi çətinlikləri aradan qaldırmaq məqsədi ilə Qərarda qeyd olunan ərazilər üçün planlaşdırma sənədləri və kvartalların tikinti eskizi hazırlanarkən tikinti sıxlığının 27000 kv.m/ha-ya dək artırılması və yaşayış binalarının (sanitar-gigiyena və yanğın təhlükəsizliyi tələbləri təmin edilməklə) qəbul edilməsi tövsiyə olunur və müvafiq təkliflər hazırda Nazirlər Kabineti ilə razılaşdırma mərhələsindədir.

Sonra nümunə üçün layihələr nümayiş olunub və Komitəyə razılaşdırmaq üçün təqdim olunacaq eskiz layihələrin tərkibinə dair göstəriş baş memarlara təqdim olunub. Bundan başqa, 1 ha-lıq məhəllənin 10-12 mərtəbəli yaşayış evləri üçün tikinti-planlaşdırma eskizinin nümunəsi də təqdim edilib.

Ana səhifəXəbərlərMəhəllələrdə 10-12 mərtəbəli yaşayış binalarının tikilməsi tövsiyə olunur