”Məhbuslara işgəncə verilməsi hallarına son qoyulmalıdır”

”Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməlləri təftiş edilməlidir””

Source:
Yunis Səfərova işgəncə verilən zaman
Yunis Səfərova işgəncə verilən zaman


”Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməlləri təftiş edilməlidir””

“Yerli və beynəlxalq ictimaiyyətin haqlı tələbindən sonra Azərbaycan hakimiyyəti geriyə addım ataraq bloger

Mehman Hüseynov

haqqında açılmış saxta cinayət işini ləğv etdi. Bu, müsbət addımdır. Ancaq təəssüf ki, həbsxanalarda qanunsuz olaraq saxlanılan digər 150-yə yaxın siyasi məhbus haqqında anoloji addım atılmır. Onlar haqqında açılmış qondarma cinayət işləri ləğv edilmir”.

Siyasi Məhbusları Müdafiə Mərkəzinin yaydığı bəyanatda belə deyilir.

Sənəddə bildirilir ki, digər təəssüfləndirici hal odur ki, Mehman Hüseynovla bağlı güzəştə getməli olan hakimiyyət bu “güzəşt”-in qisasını digər siyasi məhbuslardan alır, həbs yerlərində onlar incidilir, gözüm- çıxdıya salınır, işgəncəyə məruz qalır, təxribata çəkilir.

“Qobustan Qapalı həbsxanasında saxlanılan Müsəlman Birliyi Hərkatının (MBH) sədri Tale Bağırzadəyə qarşı olan mənəvi, psixoloji və fiziki təzyiqlər o səviyyəyə çatıb ki, o, özünə xəsarət yetirib. Digər MBH üzvü Abbas Hüseyn həbsxananın rəisi Aftandil Ağayev tərəfindən incidildiyinə, işgəncəyə məruz qaldığına görə onu məhkəməyə verdiyi üçün döyülə- döyülə 1 saylı Bakı İstintaq Təcridxanasına aparılıb. Döyülmə nəticəsində başı yarılıb, ağır bədən xəsarətləri alıb. 15 gündən çoxdur ki, onun ailə üzvləri və vəkili ilə görüşməsinə imkan verilmir”.

Siyasi Məhbusları Müdafiə Mərkəzi bildirir ki, həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının da durumu yaxşı deyil. Onun ailə üzvlərinə verdiyi məlumata görə, saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsində ona qarşı, mənəvi- psixoloji təzyiqlər edilir. Müəssisənin rəhbəri Şahin Həsənovun birbaşa göstərişi ilə ona qarşı təxribat törətmək istəyirlər:

“Təəssüflə qeyd etmək lazımdır ki, ictimai fəalların təqib edilməsi, polisə çağrılıb hədə- qorxuya məruz qalmaları, həbs olunması son günlər intensiv şəkil alıb. Xüsusən, Milli Şuranın 19 yanvarda keçirdiyi mitinqdən sonra yüzlərlə şəxs polisə çağrılıb və ya aparılıb, hədələnib. Son 1 ayda 50 nəfərdən artıq ictimai fəal əsassız olaraq inzibati həbs cəzasına məruz qalıb və ya cərimələnib. Bu hal hazırda davam etməkdədir. Eyni zamanda cəzasızlıq mühiti hökm sürdüyü üçün həbs və saxlanma yerlərində siyasi motivlərlə həbs edilmiş şəxslərə qarşı işgəncə halları davam edir”.

Bəyanatda o da deyilir ki, məhkəməsi başlamış Gədəbəy RİH- nin sabiq başçısı Saleh Rüstəmov və AXCP fəalları Aqil Alı Məhərrəm, Ruslan Nəsirli və Qarabağ qazisi Babək Həsənov DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılarkən qarşılaşdıqları işgəncə halları ilə bağlı məlumat veriblər. Onlar məhkəmə prosesində bildiriblər ki, adıçəkilən idarədə etirafedici, saxta ifadə almaq üçün onları təhqir edib qolları bağlı şəkildə vəhşicəsinə döyərək, bədənlərinə elektrik cərəyanı veriblər:

“Ailə üzvləri ilə təhdid ediblər və s. Vaxtaşırı olaraq DİN BMCMİ- də insanların ağır işgəncələrə məruz qalmasına dair çoxsaylı faktlar var.

Siyasi Məhbusları Müdafiə Mərkəzi

nin (SMMM) son hesabatında bu barədə geniş məlumatlar dərc olunub.

Acınacaqlı haldır ki, çoxsaylı faktlara, çağırışlara baxmayaraq hakimiyyət sözü gedən idarə və həmin idarənin cinayətə yol verərək təqsirləndirilən şəxslərdən işgəncə yolu ilə ifadə almaq kimi qanunsuz hərəkətlərə yol vermiş əməkdaşları barədə bu günə qədər heç bir ölçü götürməyib”.

Siyasi Məhbusları Müdafiə Mərkəzi hesab edir ki, həbs və saxlanma yerlərində təqsirləndirilən şəxslərə, məhbuslara işgəncə verilməsi hallarına son qoyulmalıdır. Vəzifəsindən sui- istifadə edərək bu kimi qanunsuz hərəkətlərə yol verən şəxslər haqqında ciddi ölçü götürülməlidir:

“DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bu əməlləri təftiş edilməlidir. Vətəndaşların ifadə və sərbəst toplaşmaq azadlığı təmin edilməli, onların polis tərəfindən zəng edilərək hədələnməsinə, təzyiqə və həbsə məruz qalmalarına son verilməlidir”.

SMMM aidiyyatı qurumları son zamanlar Tale Bağırzadə, Abbas Hüseyn, Əfqan Muxtarlı və digər siyasi məhbuslara qarşı həyata keçirilən mənəvi- psixoloji təzyiqləri, işgəncə hallarını dayandırmağa, onların hüquqlarının təmin etməyə çağırır:

“Siyasi hakimiyyət Mehman Hüseynov başda olmaqla bütün siyasi məhbusları qeyd şərtsiz azadlığa buraxmalıdır”.

Ana səhifəXəbərlər”Məhbuslara işgəncə verilməsi hallarına son qoyulmalıdır”