Vəkil məntəqə tipli müəssisəyə köçürülməsini istəyir
Bakı Apelyasiya Məhkəməsində fevralın 22-də hüquq müdafiəçisi Əliabbas Rüstəmovun şikayətinə ilkin baxış olub.
Ə.Rüstəmov məntəqə tipli müəssisəyə keçirilməsi üçün iddia qaldırıb.
Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən iclas martın 1-nə təxirə salınıb.
“Yasavul” MMC-nin direktoru, Vəkillər Kollegiyasının üzvü Əliabbas Rüstəmov bir nəfər Beyləqan sakinindən onun barəsində vergidən yayınma maddəsi ilə Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində başlanmış cinayət işini bağlatdıracağını vəd verməklə 95 min manat almaqda ittiham olunub.
2015-ci ildə
Əliabbas Rüstəmov
Cinayət Məcəlləsinin 312.2-ci (rüşvət vermə) maddəsi ilə ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.
Ə.Rüstəmov ittihamı rədd edir.