Məhbus valideynləri baş prokurora müraciət etdi

“Hörmətli Zakir müəllim, sual olunur, cəsus, dövlət çevrilişinə cəhd göstərən şəxs, evində və maşınında “silah-sürsat və narkotik” saxlayan adam MTN-dən kömək istəyərmi?”

Source:


“Hörmətli Zakir müəllim, sual olunur, cəsus, dövlət çevrilişinə cəhd göstərən şəxs, evində və maşınında “silah-sürsat və narkotik” saxlayan adam MTN-dən kömək istəyərmi?”

Said Dadaşbəylinin Müdafiə Komitəsi Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova müraciət ediblər.

Meydan TV-yə daxil olan müraciətdə prezidentin 17 oktyabr tarixli sərəncamı xatırladaraq bildirilir ki, 2007-ci ildə günahsız həbs edilən 14 gənc MTN-nin oğruluqla, soyğunçuluqla məşğul olan yüksək rütbəli məmurları sayəsində hələ də həbsdədirlər: “Said Dadaşbəyli Ələkbər oğlu 13.01.2007-ci il tarixində “Olimpik Star” kompleksindən, boiling oynarkən həyat yoldaşının yanından “səninlə bir saatlıq işimiz var” adı ilə MTN-in əməliyyat qrupu tərəfindən cinayət məhsuliyyətinə cəlb olunub. Hər şey də bu həbsdən başlandı. Onu dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirtmək, qanunsuz silah-sürsat və narkotik maddələrin saxlanması ilə bağlı ( şahidsiz, sübutsuz, əsassız olaraq, işgəncə verərək) cinayətdə təqsirli hesab edərək 14 il azadlıqdan məhrum ediblər: “10 ay MTN-də işgəncələr altında saxlandıqdan sonra məhkəmə prosesi 2 ay bağlı qapı arxasında keçirildi. Hakim Ənvər Seyidov proses zamanı valideynlərə heç bir köməklik edə bilməyəcəyini söyləməklə, oğlumla bərabər 13 gəncə ağır cəza çıxartdı. Apellyasiya Məhkəməsi mart 3-də 2 saat ərzində şahidsiz, sübutsuz, bağlı qapı arxasında birinci instansiya məhkəməsinin hökmünü təsdiqlədi. Mənim iddiamı təsdiq etmək üçün yalnız məhkəmə zamanı çəkilmiş kaseta baxmağınız kifayətdir. Həbsdən əvvəl oğlum Said Dadaşbəyli 19 yaşlı psixi (17b) xəstəliyə görə hərbi xidmətdən azad olunan Əliyev Ramin tərəfindən şantaj edilmişdi. O, Saida şantajdolu məktublarla hədə-qorxu gəlirdi. Məktublarda onu dövlətçiliyə qarşı əməlləri haqda MTN-ə xəbər verəcəyiylə hədələyirdi. S.Dadaşbəyli dərhal MTN-nin Anti-terror Mərkəzinin rəisi Elçin Quliyevə rəsmi müraciət edərək onu bu barədə məlumatlandırdı. Hörmətli Zakir müəllim, sual olunur, cəsus, dövlət çevrilişinə cəhd göstərən şəxs, evində və maşınında “silah-sürsat və narkotik” saxlayan adam MTN-dən kömək istəyərmi? Bu hadisə 2006-ci ilin dekabrın əvvəlində, oğlumun həbsdən bir ay əvvəl olub. İstintaq nəyin ki, bu haqda hüquqi qiymət verməyib, hətta Ramin Əliyevi cinayət məsuliyyətinə belə cəlb etməyib. Halbuki, R.Əliyev ifadəsində Saiddən hədə-qorxu vasitəsilə 5 min manat, sonra isə 300 dollar tələb etdiyini etiraf etmişdi. Hətta onu buna MTN-nin vadar etdiyini də söyləmişdi. İttihamda qeyd olunur ki, oğlumun avtomaşınında silah-sürsat və narkotik maddə (2 q) aşkar edilib. Bu həqiqətə uyğun deyil, yalan və böhtandır. Onu dəqiq bilirəm ki, onların göstərdiyi silah-sürsat, narkotik maddə oğluma məxsus olmayıb. O zaman Said Dadaşbəylini tibbi narkoloji ekspertizadan keçdi. Narkoloji ekspertiza Said Dadaşbəylidə narkotik istifadəsinə dair heç bir şey aşkar etmədi. Ancaq bu rəy də istintaq tərəfindən nəzərə alınmadı. Açıq-aşkar görünür ki, narkotik maddələrdə silah kimi onun maşınına əməliyyatçılar tərəfindən atılıb. İş üzrə bütün dindirmələr onu göstərdi ki, D.Dadaşbəyli dinə etiqad edən, içki içməyən, siqaret çəkməyən şəxsdir. Silah-sürsat, narkotik ittihamı bir daha onun və dostlarının xüsusi sifarişlə həbs olunduğunu sübut edir. Dövlətə xəyanət maddəsinin dispoziyası çox güman ki, istintaqa bəlli deyil. Said Dadaşbəyli və 13 gənc hansı əməlləri ilə Azərbaycan Respublikasının suverenliyini, ərazi toxunulmazığını, dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini sarsıdıb, onların zərərlərinə hərəkətlər edib? Təəssüf ki, bu sual da açıq qalır. Cinayət işinin materiallarında istintaqın bu fantaziyasına dair heç bir sübut görmədik. Said Dadaşbəylinin dini moizələri, dini yığıncaqları hakimiyyəti zorla ələ keçirtməyə xidmət edirmiş? Buna dair cinayət işinin materiallarında heç bir sübut və heç bir ifadə belə yoxdur. Ona qarşı ittihamda qeyd olunur ki, dünyada yayılmış bir-birinə zidd olan “Hizbullah”, “Hizbutəhrir”, “Həmas” hərəkatları islam təriqətlərinə aidiyyatı olmayan Avropa xristianlığı “mason” təbliğ edirmiş bir-birinə zidd olan təriqətlərin ideyaları ilə bəhrələnməsi necə ola bilər? İş materiallarından, şahid ifadələrindən, özünün ifadəsindən və bizim bildiyimizdən, Said Dadaşbəyli İran yönümlü islamçılara qarşı fikri müsbət olmayıb”.

Komitə bütün sadaladıqlarını əsas gətirərək sual edir: “Said Dadaşbəyli İrana necə işləyə bilərdi? Hansı ki, onun istəyi Azərbaycanı Avropa qaydasında, sivil görmək idi v ifrat radikal islamçıları sevmirdi. Konstitutsiyanın 48-ci maddəsində göstərilir ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Said Dadaşbəyli ziyalı mühitdə böyüyüb və tərbiyə alıb. O, ali təhsilli iqtisadçıdır. 5 dili mükəmməl bilir. İki övladı var. 1998-ci ildən Azəri-Mi Drilling Fluids Amerika- Azərbaycan müştərək neft şirkətində koordinator vəzifəsində şərəflə çalışıb. 2004-cü ildə Kanada ölkəsinin Toronto şəhərinə oturum almışdılar. 2007-ci ilin fevralın 12-də Torontaya ailəsi ilə emigrasiya olunmalı idilər. Onun həbsiylə paralel ailəsini təqib etməyə başladılar, yaxınlarının telefonlara hədə-qorxu gəldilər. Onun həyat yoldaşı MTN-ə müraciət etsə də, cavab verilmədi”.

Komitə baş prokurordan ədalətin bərpa olunmasını xahiş edir: “Sifarişlə şərlənmiş, oğurlanmış övladlarımızın tezlikə ailələrinə qayıtmasına vasitəçi olun”.

Ana səhifəXəbərlərMəhbus valideynləri baş prokurora müraciət etdi