Məhbus jurnalistin xanımı: Ruhdan düşməyəcəm

“Çox üzr istəyirəm. Zəng vurub mənə deyirlər ki, bu telefonu “Facebook”da qoymusuz? Siz rəqqasəsiz? Mən çaşdım, dedim nə deyirsən? Nə?”

Həbsdə olan jurnalist Fikrət Fərəməzoğlunun xanımı Faiqə Nosrəti deyir ki, dünən “Facebook”da telefon nömrəsini paylaşıb, əxlaqsız xidmət göstərdiyini qeyd ediblər. Mətbuat konfransı keçirən Faiqə Nosrətinin sözlərinə görə, dünən gecədən telefonunun zəngləri susmur. Xanım nömrəsinin hüquq-mühafizə orqanları tərəfindən yayıldığını düşünür. Həyat yoldaşının həbsdə keçən 8 ayını da hüquq-mühafizə orqanlarının təhdidləri ilə yaşadığını söyləyir.

Konfransda ötən gün bloqqer Orduxan Teymurxanın bacılarının da bölməyə aparılmasından söz açılıb. “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru

Oqtay Gülalıyev tənqidi çıxışlarına görə şəxslərin ailələrini təhdid etməyi rəzillik adlandırıb.

Faiqə Nosrəti təhdidlərlə bağlı Daxili İşlər Nazirliyinə və Prezident Administrasiyasına şikayət edəcəyini deyir.

Fikrət İbişbəyli (Fərəməzoğlu) ötən il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələbetmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Ana səhifəVideoMəhbus jurnalistin xanımı: Ruhdan düşməyəcəm