Məhbus jurnalistin işi məhkəməyə göndərildi

Cinayət işi bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Source:


Həbsdə olan  jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə materiallar məhkəməyə göndərilib.

Azadlıq.info xəbər verir ki, cinayət işi bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bunu Vəkil Fuad Ağayev bildirib.

R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Ana səhifəXəbərlərMəhbus jurnalistin işi məhkəməyə göndərildi