Məhbus jurnalistin anası reanimasiyada

Əziz Orucovun anası istintaq idarəsindən xəstəxanaya aparılıb

Source:


Əziz Orucovun anası istintaq idarəsindən xəstəxanaya aparılıb

“Kanal-13”internet televiziyasının rəhbəri,

1 iyun

da haqqında  4 aylıq həbs-qətimkan tədbiri seçilən Əziz Orucovun anası Almaz Həsənova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.

70 yaşlı qadın 3 saat idarədə dindirildikdən sonra vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.

Məlumatı Əziz Orucovun mühacirətdə olan qardaşı Anar Orucov yayıb.

“İyulun 22-də anam Almaz Həsənova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. Anam 3 saat müstəntiqlər Ramiq Babayev və Orxan Babayev dindiriblər. Sonradan anamın halı pisləşib, təcili tibbi yardımla xəstəxanaya aparılıb və reanimasiyaya yerləşdirilib. Anam 70 yaşındadır və insult keçirmiş xəstədir”,-Anar Orucov belə yazıb.


Xatırlatma

“Kanal 13” TV-nin Bakı bürosunun rəhbəri Əziz Qaraşoğluna (Orucov) mayın 2-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.

Ə.Qaraşoğlunun inzibati cəzası başa çatan gün – iyunun 1-də ona qarşı cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Ə.Qaraşoğlu barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Cinayət işi Ə.Qaraşoğlunun təsisçisi olduğu “Qafqaz Media Təhqiqatları” İctimai Birliyi və “Kanal 13” ilə bağlıdır.

Nəsimi rayon Məhkəməsi Ə.Qaraşoğlu barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

“Kanal 13” internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.

Həbs edilən gün Ə.Qaraşoğlunun evində və “Kanal 13” internet televiziyasının Bakı ofisində axtarış aparılıb. Kompüterlər götürülüb.

Ana səhifəXəbərlərMəhbus jurnalistin anası reanimasiyada