Məhbus blogerə anasıyla görüşə icazə verməyiblər

Vəkil: ”Təcridxana əməkdaşlarının bu hərəkəti tamamilə qanunsuzdur”

Source:


Vəkil: ”Təcridxana əməkdaşlarının bu hərəkəti tamamilə qanunsuzdur”

Martın 6-da bloger Mehman Hüseynova anası ilə görüşməyə icazə verilməyib. Məhbusun anası Xalidə Hüseynova oğluyla görüşmək üçün Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına (Şüvəlan Təcridxanası) getsə də, qanunsuz olaraq görüş verilməyib.

Vəkil Elçin Sadıqov bu barədə “Facebook” səhifəsində məlumat yaylb.

“Xalidə Hüseynovaya deyiblər ki, məhkəmədən məktub verilməlidir. Ancaq məhkəmə Mehman Hüseynovun anası ilə görüşməsinə etiraz etmir”,- deyə vəkil qeyd edib.

Vəkil bildirib ki, təcridxana əməkdaşlarının bu hərəkəti tamamilə qanunsuzdur. Həbsdə saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanuna əsasən görüşə məhdudiyyət qoyulması barədə cinayət təqibini həyata keçirən orqanın qərarı yoxdursa, bütün hallarda həbsdə saxlanılan şəxsə qohumları və mənafeyi kəsb edən şəxslərlə həftədə bir dəfə görüşməsinə şərait yaradılmalıdır.

Bloger Mehman Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Mehman Hüseynov Cinayət Məcəlləsinin 147.2 maddəylə ittiham olunub.

Bloger irəli sürüləın ittihamı siyasi sifariş hesab edir.

Ana səhifəXəbərlərMəhbus blogerə anasıyla görüşə icazə verməyiblər