Məhbus ailələri Prezident Adiministrasiyası qarşısında etiraz etdilər

Müalicə Mərkəzindən onlara deyiblər ki, yaxın 2-3 gündə yaxınları ilə gəörüş veriləcək.

Source:


Müalicə Mərkəzindən onlara deyiblər ki, yaxın 2-3 gündə yaxınları ilə gəörüş veriləcək.

Bir müddətdir 14 saylı Cəzaçəkmə Müəssisəsində öldürülən Elşad Babayevlə bağlı olaylar medianın diqqətindədir. Müəssisədə saxlanılan dustaqların vərəm xəstəliyindən əziyyət çəkənlərin saxlanıldığı 3 saylı Müalicə Mərkəzinə (Tubzon) aparılması etirazla qarşılanıb.

Yanvarın 10-da məhkum ailələri övladlarının taleyinin Elşad Babayevlə eyni olacağından narahatlıqlarını ifadə etmək üçün Prezident Administrasiyasına və 3 saylı Müalicə Mərkəzinə çatdırlblar. Onlar administrasiyanın qarşısında keçirdikləri aksiyada yaxınlarının “Tubzon”a aparılmasına etiraz ediblər. Əllərində məhkumların şəkillərin tutan məhkum ailələri baş vermiş hadisəyə diqqət çəkiblər. Valideynlər övladları ilə görüş istəyiblər.

Müalicə Mərkəzindən onlara deyiblər ki, yaxın 2-3 gündə yaxınları ilə gəörüş veriləcək.

Ötən ilin 22 dekabr tarixində 14 saylı CÇM- də məhkum Elşad Babayevin işgəncə verilərək qətlə yetirilməsindən sonra mərhumun dustaq yoldaşları olaya etiraz ediblər. Amma müvafiq orqanlar faciəni araşdırmaq əvəzinə dekabrın 26- dan başlayaraq  dustaqları vəhşicəsinə döyərək onlara işgəncə veriblər. Həmin dustaqların bir qismi Rza Ağalı, İlham Hətəmov və digərləri 14 saylı CÇM- də “kars”- a salınıb. Araz Quliyev, Anar Qasımlı, İsa Yaqubov daxil olmaqla 10- dan artıq məhbusu 3 saylı Müalicə Mərkəzinə, “Tubzon” deyilən yerə aparılıblar.

Foto Tural Hüseynindir.

Ana səhifəXəbərlərMəhbus ailələri Prezident Adiministrasiyası qarşısında etiraz etdilər