Britaniya Müdafiə Nazirliyi xəbərləri dezinformasiya adlandırıb
Ukrayna-Rusiya müharibəsi ilə bağlı internetə sızan onlarla sənəddən birində deyilir ki, Britaniya Ukrayna daxilində hərbi xüsusi təyinatlıları fəaliyyət göstərən ölkələr arasındadır.
Bu, bir ildən artıqdır ki, səslənən səssiz fərziyyələrin mövzusunu təsdiqləyir.
Bəziləri “məxfi” olaraq işarələnən sızdırılmış sənədlərdə Ukraynanın yaza doğru əks-hücum əməliyyatı ilə bağlı gizli bilgilər də daxil olmaqla, müharibənin təfərrüatlı mənzərəsi təsvir edilir.
ABŞ hökuməti sızmanın mənbəyinin araşdırıldığını bildirib.
23 mart tarixli sənədə əsasən, Böyük Britaniya Ukraynada (50) ən böyük xüsusi təyinatlı kontingentinə malikdir.
Ondan sonra NATO üzvü Latviya (17), Fransa (15), ABŞ (14) və Hollandiya (1) gəlir.
Sənəddə qüvvələrin harada yerləşdiyi və nə işlə məşğul olduqları göstərilmir.
BBC yazır ki, bu sənədlər həqiqidirsə, Rusiyanın müharibəni təkcə Ukrayna ilə yox, NATO ilə qarşıdurma olduğu iddialarını təsdiqləyə bilər.
Böyük Britaniyanın Müdafiə Nazirliyi bu barədə açıqlama vermək istəməyib. Lakin nazirlik aprelin 11-də “Twitter” hesabında iddia edilən məxfi məlumatların sızmasını ilə bağlı xəbərləri dezinformasiya adlandırıb:
“Oxucular dezinformasiya yayma potensialına malik olan nominal iddiaları qəbul etməkdə ehtiyatlı olmalıdırlar”, – açıqlamada bildirilir.
Böyük Britaniya xüsusi təyinatlıları fərqli təcrübə sahələrinə malik bir neçə hərbi hissədən ibarətdir.
Onlar dünyanın ən bacarıqlı xüsusi təyinatlıları arasındadır.
Britaniya hökuməti, ABŞ da daxil olmaqla, digər ölkələrdən fərqli olaraq, xüsusi təyinatlı qüvvələri ilə bağlı açıqlama verməmək siyasətinə malikdir.
Böyük Britaniya Ukraynanı yüksək səslə dəstəkləyir.
ABŞ-dan sonra Kiyevə hərbi yardım göstərən ikinci ən böyük donor sayılır.
ABŞ müdafiə naziri Lloyd Austin Ədliyyə Nazirliyinin cinayət işi açdığını və sızmanın mənbəyini tapmaqda qərarlı olduğunu bildirib.
“Bunun mənbəyini və miqyasını tapana qədər hər daşın altına baxılacaq”, – o deyib.
İnternetə sızmış sənədlərin çoxu 2023-cü ilin əvvəlində yayılıb.
Pentaqon və ABŞ Ədliyyə Departamenti məsələni araşdırır.
Daha öncə ABŞ hökumətinin və NATO-nun Ukraynanın mümkün əks-hücumuna hərbi yardım planının detalları ilə bağlı sənədlər də sızmışdı.
ABŞ Müdafiə Departamentinin sözçüsü Sabrina Sinq ( Sabrina Singh) demişdi ki, Vaşinqtonda Ukraynaya silah təchizatının detalları olan sənədlərin sosial mediada peyda olmasını araşdırır.
Sızdırılan sənədlərdə batalyon tərkibi, digər həssas informasiya yer alıb.
“Sosial media postları haqda məlumatlardan xəbərimiz var, departament bu məsələni nəzərdən keçirir”, – Sinq vurğulayıb.
“The New York Times” sənəd sızmasını “Moskva üçün böyük çevriliş” adlandırıb, həmçinin bunun “Ukrayna və Birləşmiş Ştatlar arasında kəşfiyyat paylaşımına ziyan vuracağını” yazıb.