"Mediaforum" saytı fəaliyyətini dayandırdı

"“İnternyus Azərbaycan” İctimai Birliyi öz layihələri ilə bağlı qrant müqavilələrinə Ədliyyə Nazirliyindən bildiriş ala bilmədiyinə görə həmin layihələrin fəaliyyətini dondurmaq məcburiyyətində qalıb"

“Media forum” saytının kollektivi məzuniyyətə buraxılıb. Bununla bağlı saytda məlumat yayıılıb. Məlumatda deyilir: 

Bu məcburi məzuniyyətin səbəbini izah etmək üçün öncə bildirmək istərdik ki, 2013 və 2014-cü illərdə ölkədə QHT qanunvericiliyinə bir sıra dəyişikliklər edilib. Həmin dəyişikliklərdən biri də qrant müqavilələrinin qeydiyyata alınması qaydası ilə bağlıdır. Yeni qaydaya görə, qeyri-kommersiya hüquqi şəxslər layihə həyata keçirərkən bağladıqları qrant müqavilələrini Ədliyyə Nazirliyində qeydə aldırmalı və nazirlikdən bunu təsdiqləyən müvafiq bildiriş almalıdır. Layihəsi qeydə alınmayan, yəni bildiriş ala bilməyən təşkilat qrant müqaviləsi üzrə bank əməliyyatı həyata keçirə bilməz.

Bu dəyişikliklər “Media forum” saytının da fəaliyyətinə təsirsiz ötüşməyib. Çünki “Media forum” saytı qeyri-kommersiya hüquqi şəxs olan “İnternyus Azərbaycan” İctimai Birliyinin layihəsidir. “İnternyus Azərbaycan” İctimai Birliyi yerli qeyri-hökumət təşkilatıdır, media layihələrini, o cümlədən “Media forum” layihəsini qrant müqavilələri əsasında reallaşdırır. “İnternyus Azərbaycan” İctimai Birliyi öz layihələri ilə bağlı qrant müqavilələrinə Ədliyyə Nazirliyindən bildiriş ala bilmədiyinə görə həmin layihələrin fəaliyyətini dondurmaq məcburiyyətində qalıb. “Media forum” saytının kollektivinin məzuniyyətə buraxılması bu məcburiyyətin tərkib hissəsidir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/pkt5v6

Ən çox baxılan