Mədət Quliyev: ”Rayonlardakı aksiya devalvasiya ilə bağlı deyildi”

”Azərbaycanda böhranın aradan qaldırılması üçün analoqu olmayan addımlar atılır”

Source:


”Azərbaycanda böhranın aradan qaldırılması üçün analoqu olmayan addımlar atılır”

“Bəzi rayonlarda baş verən etiraz aksiyaları manatın devalvasiyası ilə bağlı deyildi”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

“Sadəcə, işləmək istəməyən insanlar belə bir cəhd edirlər. Deyirlər, bankdan pul götürmüşük, bu pullar silinsin. Bu məsələləri dövlət başçısına məruzə etdik”, – M.Quliyev əlavə edib.

O qeyd edib ki, bütün dünyada, o cümlədən, neft ölkələrində böhran baş verib: “Amma Azərbaycanda bu vəziyyətin aradan qaldırılması üçün analoqu olmayan addımlar atılır. Baxın, ölkədə unun qiyməti aşağı salındı, digər ərzaqların da qiymətləri nəzarətdə saxlanılır. Milli valyutamızın dəyərini qoruyub-saxlamağa çalışırıq. Hər şey Prezident İlham Əliyevin nəzarətindədir”.

Ana səhifəXəbərlərMədət Quliyev: ”Rayonlardakı aksiya devalvasiya ilə bağlı deyildi”