Mədət Quliyev MTN generallarının həbsindən danışdı

MTN-də çalışan bir neçə nəfər cinayət edib və bu gün onların əməllərinə hüquqi qiymət verilir

Source:

“Xalq həmişə MTN-ə inanıb”. Bunu Milli Təhlükəsizlik Nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev deyib.

APA xəbər verir ki, Quliyevin sözlərinə görə, olar bilər ki, MTN-də çalışan bir neçə nəfər cinayət edib və bu gün onların əməllərinə hüquqi qiymət verilir: “Hər kəs bilməlidir ki, Azərbaycan hüquqi dövlətdir. Ölkədə qanun şahdır, hər kəs cinayət edərkən bilməlidir ki, gec, ya tez əməlinə hüquqi qiymət veriləcək, o, cinayətinə görə cavab verəcək. Xalqımız hər zaman MTN-ə inanıb, bu gün də inanır”.

MTN-in birinci müavini onu da qeyd edib ki, KİV-də yayılan müxtəlif məlumatlar ümumilikdə MTN-in bütün kollektivinə aid edilə bilməz: “MTN əməkdaşlarının 99 faizi saf, təmiz fəaliyyət göstərir. Əməkdaşlarımız vicdanla dövlətin təhlükəsizliyinin keşiyində dururlar”.

Ana səhifəXəbərlərMədət Quliyev MTN generallarının həbsindən danışdı