Mədət Quliyev bəzi jurnalistləri qeyri-qanuni fəaliyyətdə günahlandırır

”Həbs olunan reket jurnalistlər son 10 ildə qeyri-qanuni fəaliyyətlə məşğul olub”

Source:
Mədəd Quliyev foto sosial şəbəkə
Mədəd Quliyev foto sosial şəbəkə
Mədəd Quliyev foto sosial şəbəkə
Mədəd Quliyev foto sosial şəbəkə


”Həbs olunan reket jurnalistlər son 10 ildə qeyri-qanuni fəaliyyətlə məşğul olub”

“Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdikləri əməliyyat zamanı həbs olunan reket jurnalistlər son 10 ildə qeyri-qanuni fəaliyyətlə məşğul olub. Müəyyən vəzifəli insanların uşaqları ilə bağlı qanunsuz çəkilişlər aparıblar”, – modern.az yazır ki, bunu jurnalistlərə açıqlamasında DTX rəisi Mədət Quliyev deyib.

Onun sözlərinə görə, həmin şəxslər bu cür videogörüntülərlə bəzi şəxslərdən pul tələb ediblər: “Bunula bağlı Dövlət Təhlükəsizlik Xidmətində cinayət işi qaldırılıb və məsələyə hüquqi qiymət veriləcək”.

O həmçinin bildirib ki, DTX qısa müddət ərzində cinayətkarların, casusların məhv edilməsi ilə nəticələnən 4 əməliyyat keçirib.

M. Quliyev qeyd edib ki, bu istiqamətdə Azərbaycanın xüsusi xidmət orqanları tək işləmir:

“Biz digər dövlətlərin təhlükəsizlik xidməti orqanları ilə birgə işləyirik. Onlarla məlumat mübadiləsi edirik. Əməkdaşlarımız cinayətkar dəstələrin üzvlərini saxlayarkən silahlı müqavimətlərlə üzləşiblər və onların qarşısı qətiyyətlə alınıb”.

Ana səhifəXəbərlərMədət Quliyev bəzi jurnalistləri qeyri-qanuni fəaliyyətdə günahlandırır