Mədəniyyət Nazirliyi kinoteatrlara dəstək olacağını deyir

“Bu baxımdan kino nümayişlərinin bərpa olunub diqqətdə saxlanılması prioritet məsələdir”.

Foto: arxiv


"Birgə əməkdaşlığın inkişafı ilə bağlı lazımi tədbirlər görüləcək"

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev paytaxt kinoteatrlarının rəhbərləri ilə görüşüb.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, görüşdə “Nizami” Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva, “CinemaPlus” kinoteatrlar şəbəkəsi Müşahidə şurasının sədri Zaur Darabzadə, baş icraçı direktor Murat Camcı, “Park Cinema” kinoteatrlar şəbəkəsinin icraçı direktoru Elnur Allahverdiyev və marketinq direktoru Musa Axundov iştirak

edib

.

Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, kinematoqrafiya sahəsinə xüsusi diqqət ayrılır: "Bu baxımdan kino nümayişlərinin bərpa olunub diqqətdə saxlanılması prioritet məsələdir".

Elnur Əliyev həmçinin qeyd edib ki, Mədəniyyət Nazirliyi kinoteatrlara dəstək olacaq: "Birgə əməkdaşlığın inkişafı ilə bağlı lazımi tədbirlər görüləcək".

Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən, oktyabrın 1-dən Azərbaycanda on səkkiz aydan sonra teatr, kinoteatr və konsert müəssisələrinin fəaliyyəti bərpa olunur.

Məkanlarda ümumi tutumun yalnız 50 faizi istifadəyə

veriləcək

.

Ana səhifəMədəniyyətMədəniyyət Nazirliyi kinoteatrlara dəstək olacağını deyir