Anar Kərimov

Mənbə: Azərtac

Başlıq: Anar Kərimov

Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən təyin edilib

Məqalə yeniləndi:  20 İyul 2020

Prezident nazirliyin strukturunda dəyişiklik edib

Azərbaycan Prezidenti İlham Əliyev Mədəniyyət Nazirliyi ilə bağlı iyulun 20-də bir sıra sərəncamlar imzalayıb.

İlk olaraq dövlət başçısı nazirliyin strukturunda dəyişiklik edərək, birinci müavinlərin sayını ikiyə çatdırıb.

Digər sərəncamları ilə İlham Əliyev Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimovu vəzifəsindən geri çağıraraq, mədəniyyat nazirinin birinci müavini vəzifəsinə təyin edib. Daha sonra prezident onu mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən şəxs kimi təyin edib.

Anar Kərimov 2014-cü ildən Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsində işləyirdi.

Dövlət Təhlükəsizliyi Xidməti mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində nazirin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs olunublar. Bundan sonra mayın 21-də nazir Əbülfəz Qarayev tutduğu vəzifədən azad edilib. O, 1994-cü ildən bəri müxtəlif nazir postlarını tuturdu. Əbülfəz Qarayev vəzifəsindən azad edildikdən sonra onun vəzifələrini birinci müavin Vaqif Əliyev icra edirdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  20 İyul 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/tgq9d9

Ən çox baxılan