“Ya güzəştlərin həcminə yenidən baxılacaq, ya da…”
2017-ci ildə qaçqın və məcburi köçkünlərin elektrik enerjisindən güzəştli istifadə üçün dövlət büdcəsindən ayrılan vəsaitin həcminin 2 dəfəyədək azaldılması nəzərdə tutulur.
“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində xərclər azaldılıb.
İqtisadçı Rövşən Ağayev deyir ki, 2016-c ildə bu rəqəm 55.4 milyon manat nəzərdə tutulmuşdu. 2017-ci ilin büdcə sənədində 29.2 milyon manata endirilib:
“İki variant var: ya güzəştlərin həcminə yenidən baxılacaq, ya da… İkinci variantı yəqin büdcə müzakirələrinin gedişində öyrənmək mümkün olacaq. Təbii əgər başqa variantlar varsa”.