”Məcburi köçkünlərə bina tikən ”Paşa İnşaat”ı vergiyə cəlb etmək nə dərəcədə doğrudur?”

Deputatlar xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan şirkətləri vergidən azad etməyi təklif edir

Source:
Qüdrət Həsənquliyev və Mehriban Əliyeva
Qüdrət Həsənquliyev və Mehriban Əliyeva


Deputatlar xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan şirkətləri vergidən azad etməyi təklif edir

“Bu yaxınlarda Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə “Paşa İnşaat” məcburi köçkünlər üçün böyük bir yaşayış kompleksi tikdi. Bu zaman həmin şirkəti vergiyə cəlb etmək nə dərəcədə doğrudur?

Bunu Milli Məclisdə Vergi Məcəlləsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Qanun layihəsinin müzakirəsi zamanı deputatlar təkliflərlə çıxış edib. Deputat təklif edib ki, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olanlar bu işlə bağlı vergidən azad olmalıdır. Onun sözlərinə görə, fəaliyyətindən gəlir əldə etməyən şirkətləri vergiyə cəlb etmək doğru deyil:

“Qəbul etdiyimiz qanunlar ictimai əxlaqla dəstəklənməlidir. Mənfəət görmədiyi işə görə şirkətdən mənfəət vergisi almaq doğru deyil. Müəyyən hüquqi, fiziki şəxsləri vergidən azad etsək, cəmiyyətə töhfə vermiş olarıq”.

Q.Həsənquliyev həmçinin məktəb, bağça tikintisinin stimullaşdırılması üçün bu işi həyata keçirən şirkətlərin 3 il vergidən azad olunması, 5 il güzəştin tətbiq edilməsi təklifini səsləndirib.

“Bəzi məktəblərdə dərslər bir neçə növbəli keçirilir. Sahibkarların stimullaşdırılması üçün vergi güzəştləri edilməlidir. Bununla yanaşı, bölgələrdə investisiya qoyan sahibkarlara da bu cür güzəşt edilə bilər. Bununla Bakını yüklənməkdən xilas edərik, regionlar da inkişaf edər”.

Deputat Fazil Mustafa, Əli Məsimli, İsa Həbibbəyli də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan, həmçinin regionların inkişafında rol oynayan sahibkarlara güzəşt tətbiq olunmasını təklif ediblər.

Təklifə münasibət bildirən vergilər naziri Mikayıl Cabbarov deyib ki, ilk dəfədir bu tip azadolmaları Vergi Məcəlləsinə daxil olunması təklif edliir.

“Mövcud dəyişikliklər nəzərə alınmaqla büdcə bazası hesablanıb. Hazırda əlavə geniş azadolunmaların təqdim edilməsi məsələsi də mümkündürsə, o zaman buna növbəti büdcə layihələrinin müzakirəsində baxarıq”.

Ana səhifəXəbərlər”Məcburi köçkünlərə bina tikən ”Paşa İnşaat”ı vergiyə cəlb etmək nə dərəcədə doğrudur?”