Aksiyaçılar işıq probleminin həll olunmasını istəyirlər
İyulun 26-da səhər saatlarında Dərnəgüldə yaşayan məcburi köçkünlər aksiya keçiriblər. Bu haqda “Basta”ya hadisənin şahidi olmuş Elnur Sabitoğlu məlumat verib.
Etirazın səbəbi köçkünlərin yaşadığı binanın elektrik enerjisinin sabit olması, işıqlarının qəfildən güclənməsinə görə elektrik avadanlığının sıradan çıxmasıdır. Sakinlər bildiriblər ki, dəfələrlə əlaqədar orqanlara şikayət etsələr də, problem çözülməyib.
Aksiya iştirakçıları “Elit” ticarət mərkəzindən “Clear” otelinə qədər olan ərazidə yolu bağlayıblar. Hadisə yerinə çoxlu sayda polis əməkdaşı gəlib. Aksiyaçılara problemin həll olunacağına dair vəd verilib və yol açılıb.