Mənbə: Meydan Tv

Məcburi köçkünlər: Yarımtikilidə yaşamaqdan bezmişik

“Yaşamağa məcburuq, dişimizi canımıza tutub dözürük”

“Elə bilirlər bizə bu şəraitdə yaşamaq xoşdur. İnanın ki, xoş deyil. 26 ildir bu binada zülm içində yaşayırıq. İlk illərdə pəncərələri də yox idi, qışın sazağında körpələrimiz, qocalarımız soyuqlayıb xəstəlik tapırdı. Sonradan öz gücümüzə açıq yerləri bağladıq, küləyin, soyuğun qarşısını aldıq.

Bunu Meydan TV-yə Qaraçuxur qəsəbəsində vaxtilə fəhlələr üçün tikilməkdə olan və tikintisi yarımçıq qalmış binada məskunlaşmış köçkünlər deyir.

Ötən həftə “Evsiz bakılılar” təşkilatının üzvləri müraciət edərək 4042-4046-cı məhəllə, ev 45 ünvanında vaxtilə onlar üçün tikilməkdə olan və tikintisi yarımçıq qalan binada hələ də köçkünlərin yaşamasından, özlərinin isə kirayələrdə qalmasından şikayətlənmişdilər.

“Yarımtikili, şəraitsiz binada yaşayırıq”

9 mərtəbəli, yarımçıq tikiliyə köç 1994-cü ildən başlayıb. Sonradan keçmiş Prezident Heydər Əliyev köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmaması barədə göstəriş verib. Buna görə də məhkəmələr evləri zəbt olunmuş insanların həmin evlərə hüququnu təsdiqləsə də, evlərin yalnız işğaldakı torpaqların azad edilməsindən sonra boşaldılaraq onlara qaytarılması barədə qərarlar çıxarıb. Təxminən 10 il əvvəl isə Avropa Məhkəməsinin Azərbaycana tövsiyəsindən sonra məhkəmələr bu tipli işlərə baxarkən köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasını müvafiq dövlət qurumlarının üzərinə öhdəlik kimi qoymaqla onların mənzili boşaltması barədə qərar çıxarır. Köçkünlər deyir, yarımçıq və şəraitsiz tikilidən köçürülmək onların da ürəyincə olar.

“Dişimizi canımıza tutub dözürük”

Köçkün Sevda Həsənova:

“İllərdir ki, burda əziyyət çəkirik, kanalizasiya, işıq, su xəttinə kimi hər şeyi özümüz bildiyimiz kimi çəkmişik evlərimizə... Binanın pilləkənləri adamın ayağının altından qaçır, hamamlarımızı, mətbəxlərimizi görsəniz, deyərsiz, ilahi, burda insanmı yaşayar? Ancaq yaşamağa məcburuq, dişimizi canımıza tutub dözürük. “Qaçqınkom”un bizi buradan köçürəcəyi günü səbirsizliklə gözləyirik”.

9 mərtəbəli binanın eyvanları da çökmək üzrədir. Su xətləri sıradan çıxdığından yuxarı mərtəbənin suyu aşağı mərtəbələrə axır. Binanın dam örtüyündən isə danışmağa dəyməz. Köçkünlər dam örtüyünü öz hesablarına dəfələrlə təmir etdirsələr də, xeyri olmayıb.

Sakinlərin daha bir narazılığı binanın ətrafındakı zibillərin vaxtında daşınmamasıdır ki, bu da müxtəlif infeksion xəstəliklərə səbəb ola bilər.

Suraxanı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, qeyd olunan yarımtikilidəki köçkünlərin köçürülməsi nəzərdə tutulub. Binadakı mənzillərin sahibləri mənzillərin boşaldılması üçün məhkəmələrə müraciət edib, həmin binanın təmir-bərpasıyla bağlı qərar köç prosesi başa çatdıqdan sonra veriləcək.

Evin vəziyyəti

Evin vəziyyəti

Mənbə: Meydan Tv

Evin vəziyyəti

Evin vəziyyəti

Mənbə: Meydan tv

Evin Vəziyyəti

Evin Vəziyyəti

Mənbə: Meydan Tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/emj033

Ən çox baxılan