Məcburi köçkünlər namizədlərə cavab verir

Prezidentliyə namizədlərin son televiziya debatında onlar Dağlıq Qarabaq münaqişəsini necə həll edəcəkləri ilə bağlı danışıblar. Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov deyib: “Əgər diplomatik səylər, vasitəçilərin göstərə biləcəkləri imkanlar, resurslar öz təsirini göstərməsə, təbiidir ki, Azərbaycan öz imkanları ilə torpaqlarını azad edəcək.

İlham Əliyev nə deyirsə, onu edir və nə edirsə, onu xalq üçün, dövlət üçün, vətən üçün edir”. Məcburi köçkün ona cavab verir : ” Mən İlham Əliyevə deyərdim ki, sən mənim kimi övladınla, iki qız uşağı, qayın, qaynana, yoldaş, yaxud da gələn qonaqlar içində övladlarınla bir otaqda yatardınımı? !16 il hər gecəni bir otaqda yatardınmı övladlarınla ?! Hətta şəraitin belə olmasa, sən bizim kimi yaşamağı bir günlük də olsa, edərdinmi?!”

Prezidentliyə namizəd Razi Nurullayev: “Təmiz bir konsepsiya irəli sürmüşəm. Pakistan və Türkiyə ilə hərbi,texniki əməkdaşlıq gücləndiriləcək, amma Azərbaycan tam olaraq elektron silahlarla təmin olunacaq. Bu o deməkdir ki, Azərbaycan ordusu elə gücə malik olacaq ki, eyni zamanda arxasında güclər dayanacaq ki, Ermənistanı Dağlıq Qarabağı işğaldan azad etməyə vadar etsin”. Məcburi köçkün cavab verir: Görürsən ki, Razi bir az babat danışır. Elə -belə deyir o da, fərziyyə yürüdür. Onların heç biri iş görə bilməz. Onlar elə-belə, prezidentin göndərişi əsasında gedib söhbət aparır”.

Ana səhifəVideoMəcburi köçkünlər namizədlərə cavab verir