Məcburi köçkünlər Aleksandr Lapşinin hərəkətindən sarsıldıqlarını deyiblər

Məhkəmə iclasında sənədlərin tədqiqi başlanıb

Source:
Aleksand Lapşin


Məhkəmə iclasında sənədlərin tədqiqi başlanıb

İyulun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə Qarabağdan olan məcburi köçkünlər şahid qismində ifadə veriblər. Vəsilə Xəlilova, Məmməd Hacıyev və Yunis Hüseynov A.Lapşinin hərəkətlərindən sarsıldıqlarını deyiblər və onun cəzalandırılmasını istəyiblər. Bildiriblər ki, Lapşin Azərbaycan dövlət sərhədini pozub, Qarabağı müstəqil dövlət kimi təqdim edib.

Hakim bildirib ki, şahidlər siyahısında onun anasının da adı var. A.Lapşinin vəkili Eduard Çernin deyib ki, o, məhkəməyə gəlib ifadə vermək istəmir və bundan imtina edir. Hakim onun ifadəsinin elan olunmuş hesab edildiyini deyib. Bununla da şahidlərin dindirilməsi başa çatıb.

İclasda sənədlərin tədqiqinə başlanılıb. Bir sıra sənədlər elan edilib. Vəkil E.Çernin A. Lapşinin məqalələri barədə rəy verən ekspertin əlavə şahid kimi çağırılıb dindirilməsi barədə vəsatətlə çıxış edib. Vəkil deyib ki, eskpert rəyinin mənbəyi onlara aydın deyil.

Məhkəmə həmin vəsatəti təmin edib.

İş üzrə növbəti məhkəmə iclası iyulun 11-də keçiriləcək.

Bir neçə dövlətin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilir.

O, 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya edilib.

Ana səhifəXəbərlərMəcburi köçkünlər Aleksandr Lapşinin hərəkətindən sarsıldıqlarını deyiblər