Məcburi köçkünlər 23 ildən sonra azad olunan kənddə olublar

Cocuq Mərcanlı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib

Source:


Cocuq Mərcanlı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun işğalından azad etdiyi kəndə 23 ildən sonra ilk dəfə sakinlər qədəm qoyublar.

“Report”un məlumatına görə, Cəbrayıldan olan məcburi köçkünlər 23 ildən sonra ilk dəfə öz doğma kəndlərində olublar.

22 il əvvəl Azərbaycan ordusu tərəfindən işğaldan azad olunan, lakin azərbaycanlı mülki əhalinin yaxınlaşması mümkün olmayan (“Lələ Təpə” yüksəkliyinin işğalçıların nəzarəti altında olması səbəbindən) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində hərbçilərin nəzarəti altında kənd sakinləri kənd qəbiristanlığını ziyarət edib, qohumlarının ruhuna dualar oxuyublar.

Cocuq Mərcanlı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub.

Ana səhifəXəbərlərMəcburi köçkünlər 23 ildən sonra azad olunan kənddə olublar