MDB-də adambaşına ən az tərəvəz istehsal edən ölkəyik

“2013-cü ildə Ermənistan adambaşına 277 kiloqram tərəvəz istehsal edərək MDB –də birinci olub”

Source:


“2013-cü ildə Ermənistan adambaşına 277 kiloqram tərəvəz istehsal edərək MDB –də birinci olub”

Son zamanlar Azərbaycanın istehsal etdiyi tərəvəz və meyvə məhsullarına Rusiya hökumətinin marağının artması nəticəsində bu sahədə çox ciddi ajotaj yaranıb. Rusiya hökumətinin yüksək çinli məmurları ölkəmizə etdikləri səfər zamanı və öz ölkələrində mətbuata verdikləri müsahibələrdə tez-tez ölkəmizin adını vurğulamaqla bu sahədə ticarət əlaqələrimizin yaxşılaşmasını arzu etdiklərini bidirirlər.

Bu barədə öz Facebook səhifəsində yazan kənd təsərrüfatı üzrə mütəxəssisi Vahid Məhərrəmov güman edir ki, Azərbaycan ətrafında yaranan bu ajotaj bəzi adamlarda ölkəmizin həqiqətən də meyvə, tərəvəz ticarətində ciddi oyunçu olduğu assosasiyası yaradıb. “Halbuki, Azərbaycan MDB-də adambaşına ən az tərəvəz istehsal edən ölkələr sırasındadır. Faktlara keçək, 2013-cü ildə Ermənistan adambaşına 277 kiloqram tərəvəz istehsal edərək MDB –də birinci olub. Sonrakı yerlədə isə Ukrayna-217 kiloqram, Qazaxıstan-190, Belarusiya-172, Qırğızıstan-154 və Tacikistan-152 kiloqram adambaşına tərəvəz istehsal edib. Ölkəmiz 2013-cü ildə adambaşına 131 kiloqram tərəvəz və bostan məhsulları istehsal etdiyi halda, adambaşına 102 kiloqram məhsul istehsal edən Rusiyadan ( istehlak adambaşına 109 kiloqram) fərqli olaraq Azərbaycan əhalisi normadan aşağı, adambaşına 105,2 kiloqram məhsul istehlak edib”.

Vahid Məhərrəmov bildirib ki, digər göstəricilərdən fərqli olaraq adambaşına meyvə və giləmeyvə istehsalında ölkəmiz Moldova (117 kq.) və Ermənistandan (107 kq.) sonra MDB ölkələri sırasında 87 kiloqramla üçüncüdür. İllik adambaşına meyvə və giləmeyvə norması 100 kiloqram müəyyən edilsə də, 2013-cü ildə Azərbaycanda 75,2 kiloqram istehlak olunub.

Mütəxəssis kartof istehsalına da toxunub. Onun sözlərinə görə, postsovet ölkələrində hələ də kartof ikinci çörək hesab edilir. Müstəqillik əldə edən MDB ölkələrinin əksərriyyətində kartof istehsalı göstəriciləri yüksələn xətt üzrə gedir. Xüsusən Belarus, Ukrayna, Qırğızıstan, Rusiya kimi ölkələr istehlak normasından dəfələrlə çox məhsul istehsal edir. Bu qədər məhsul onların istehlak tələbini ödəməklə yanaşı həm də ixraca yönəlir, bu da ölkəyə valyuta gətirir. “Adambaşına istehlak norması 124 kiloqram olduğu halda Azərbaycan adambaşına 105 kiloqram kartof istehsal edir. İstehsal olunan məhsulun heç də hamısı istehlaka yönəlmir. Elə bu səbəbdən də 2013-cü ildə adambaşına kartof istehlakı normanın 51 faizi qədər, yəni 64,2 kiloqram olmuşdu. Təssüflər olsun ki, Ermənistan 2013-cü ildə bizdən 2 dəfə çox, yəni adambaşına 209 kiloqram kartof istehsal edib”,- deyə Məhərrəmov fikrini bitirib.

Ana səhifəXəbərlərMDB-də adambaşına ən az tərəvəz istehsal edən ölkəyik