“McDonalds” da Rusiyadakı fəaliyyətdən müvəqqəti imtina etdi

Foto: ATIKAN PORNCHAIPRASIT/shutterstock

Şirkətin rəhbəri: “Bu addım təhlükəsizlik üçün atılıb”

“McDonalds” Rusiyadakı restoranlarının fəaliyyətini müvəqqəti dayandırıb.

Şirkətin rəhbəri Kris Kempçinski deyib ki, Rusiyada 850 restoranları var və fəaliyyəti dayandırmalarının səbəbi Ukrayna ilə müharibədir.

“Sistem olaraq, təcavüz və zorakılığı pisləmək və sülh üçün dua etmək üçün dünyaya qoşuluruq. Bu böhranın başlanğıcından bizim bir nömrəli prioritetimiz xalq olub və belə də qalacaq”, – deyə o qeyd edib.
Kris Kempçinski bildirib ki, münaqişə günahsız insanlara böyük çətinliklər gətirib.

Onun sözlərinə görə, fəaliyyətin dayandırılması sırf haqsız müharibəyə görədir.

Eyni zamanda, şirkət Ukraynakı işçilərinə dəstək verir. Yaratdığı yardım fonduna 5 milyon dollar vəsait köçürüb: “Doğrudur, hazırda Ukraynadakı 108 restoran da müvəqqəti olaraq bağlanıb. Bu addım təhlükəsizlik üçün atılıb. Eyni zamanda, bildirək ki, Rusiyadakı 62 min işçiyə də maaş veriləcək. Çünki həmin işçilər bizim restoranlarda canla-başla çalışıb”.

Digər fast-fud restoranları KFC və “Pizza Hut” isə Rusiyada yeni restoraqn açmağı dayandırıb. Starbucks da işlərinə fasilə verdiyini açıqlayıb.

Təxminən 250-dən çox şirkətin Rusiyanın ukraynaya hərbi müdaxiləsinə etiraz olaraq bu ölkədəki fəaliyyətini dayandırdığı bildirilir.

Ana səhifəDünya“McDonalds” da Rusiyadakı fəaliyyətdən müvəqqəti imtina etdi