”McCan Erickson” şirkəti sahibkarı yalan danışmaqda suçladı

“Məhkəmədə uduzan İsmayıl Səlimov günahsız insanlara böhtan atır”

Source:


“Məhkəmədə uduzan İsmayıl Səlimov günahsız insanlara böhtan atır”

Dekarın 26-da Meydan TV-də

“MTN-ə qarşı növbəti iddia”

başlıqlı məqalə dərc olunub. Məqalədə iş adamı İsmayıl Səlimovun üzləşdiyi problemlərdən bəhs edilib. İş adamının iddiasına əsasən, ona məxsus “Mediaqraf“ şirkəti Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli əməkdaşının vasitəsilə məhv edilib.

İsmayıl Səlimov iddia edir ki, onun həyatında problemlər, ABŞ-ın “McCann Erickson” şirkətinin Bakı təmsilçisi Gəray Yusifzadənin və onun MTN-də yüksək rütbə tutan havadarı “Akula Akif“  ləqəbli Akif Mustafayevin onun biznesinə tamah saldığı zamandan başlayır.

Meydan TV dəfələrlə adıçəkilən şirkətlə əlaqə saxlamağa cəhd etsə də, məsələyə münasibət bildirən olmayıb.

Məqalə işıq üzü görəndən sonra “McCann Erikson” öz münasibətini yazılı şəkildə Meydan TV-yə ünvanlayıb.

Şirkətin Bakı nümayəndəliyi sahibkarın fikirlərini özlərinə qarşı aparılan böhtan kampaniyası hesab edir:

“”McCann Erikson” şirkəti bəyan edir ki, artıq bir aya yaxındir, İsmayıl Səlimov adlı şəxs bəzi informasiya saytlarının dəstəyi ilə “McCann Erickson” şirkətininə qarşı böhtan kampaniyası keçirir.

Absurd bəyanatlar verən Səlimov “McCann Erickson” şirkətini Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi ilə olan münaqişəsinə cəlb etməyə çalışır. Ona aid olan və tərəfindən 700 min dollar həcmində qiymətləndirilən “Mediagraf” şirkətini guya bizim ələ keçirdiyimiz barədə böhtan xarakterli məlumatlar yayır.

Bəyan edirik ki, nə Gəray Yusifov, nə də onun rəhbərlik etdiyi struktur daha əvvəl “Mediagraf” şirkətinə məxsus olan hər hansı biznes, yaxud reklam inventarına sahib deyil. Biznesin “ələ keçirilməsindən” heç bir söhbət gedə bilməz. Cünki “McCann Erickson” əvvəllər “Mediagraf”-a, yaxud onun rəhbərliyinə aid olan heç bir aktivə sahib deyil”.

Şirkətin məlumatında daha sonra bildirilir ki, bir neçə il əvvəl onlara İ.Səlimov tərəfindən  şirkətin satışı ilə bağlı təklif gəlsə də, şirkətin son illərə aid fəaliyyəti, sifarişçiləri, aktivləri və diğər parametrləri ilə bağlı araşdırma aparılıb və rədd edilib: “Qısa müddət ərzində aydınlaşdırdıq ki,  (Azərbaycan reklam bazarı o qədər də böyük deyil) həmin dövr üçün reklam haqqında qanunvericiliyi daim pozduğuna və təqdim olunan hesabların ödənmədiyinə görə reklam daşıyıcılarında reklam yerləşdirməklə bağlı  “Mediagraf” şirkətinin Reklam və İnformasiya Departamenti ilə problemi vardır.

Həmçinin, şirkətin alınması təklifi daxil olduğu dövrdə demək olar ki, şirkətə məxsus bütün reklam daşıyıcıları artıq demontaj olunduğuna görə   razılaşma ilə bağlı hər hansı danışıqlar aparmaq mənasız idi. Bu sövdələşmənin qeyri-perspektiv olduğunu  nəzərə alaraq məsələnin gələcəkdə hər hansı müzakirəsindən imtina etdik.

Bununla yanaşı, bizə məlumdur ki, İsmayıl Səlimov tərəfindən Reklam və İnformasiya Departamentinə qarşı irəli sürülən iddialar məhkəmə instansiyaları tərəfindən rədd edilmişdir.

Görünür ki, məhkəmə instansiyalarında öz məqsədlərinə çata bilməyən Səlimov onun biznesinə heç bir aidiyyatı olmayan insanlara aşkar böhtan atmaq  və insanlara qara yaxmaq yolunu tutub.

Bu arada, çox güman ki, öz əhvalatına dramatik fon vermək niyyəti ilə Səlimov  bəzi KİV-lərin dəstəyi ilə öz absurd iddialarını MTN ətrafında baş verən hadisələrlə bağlamağa  çalışır.

Rəsmi olaraq bəyan edirik ki, Azərbaycanda nəhəng beynəlxalq şirkətin nümayəndəsi olaraq, bu ölkədə 1998-ci ildən fəaliyyət göstərən “McCann Erickson” şirkətinin heç bir zaman İsmayıl Səlimovun hər hansı məmurla ixtilaflarına aidiyyəti olmayıb. Şirkətimiz Azərbaycanda ilk fəaliyyətindən indiyə qədər vicdanlı vergi ödəyicisi olaraq qanun çərçivəsində reklam bazarının inkişafına daim xidmət edib”.

Şirkət bəyan edir ki, Səlimovun bənayatları heç bir sübutlara söykənmir, yalnız böhtan xarakteri daşıyır: “Azərbaycanda aparıcı KİV-lərlə uzun illər sıx əməkdaşlıq edən şirkət kimi, təəssüf edirik ki, bəzi nəşrlər yalan məlumatlar yaymadan öncə obyektiv jurnalisitikanın tələb etdiyi kimi heç bir araşdırma aparmırlar.

Kütləvi informasiya vasitələrini heç bir sübuta söykənməyən və sifariş xarakterli olması aydın görünən materialları dərc edərkən daha diqqətli olmağa çağırırıq. İqtisadi fəaliyyət subyektləri arasında yaranan istənilən ixtilaf yalan və absurd məlumatları yaymaqla və ya şantaj yolu ilə deyil, hüquq müstəvisində həll edilməlidir.

Xatırlatmaq istəyirik ki, böhtan və şantaj qanuna zidd olan əməllərdir. “McCan Erickson” şirkəti, şirkətin və onun rəhbərliyinin əleyhinə aparılan böhtan kampaniyasında əli olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır”.

Azərbaycan dinamik inkişaf edən ölkədir və burada qanunvericilik çərçivəsində biznesin normal inkişafı üçün şərait yaradılıb. Biznes-mühitin və işgüzar fəallığın yaxşılaşdırılması məsələləri dövlət başçısının birbaşa nəzarəti altındadır. Ölkə başcısı sahibkar və investorlara dəstək göstərilməsinin vacibliyini dəfərlərlə vurğulayıb.

Biz böhtan və sifarişli materiallarla işgüzar nüfuza xələl gətirən istənilən cəhdi pisləyir və hesab edirik ki, bu, Azərbaycan Respublikasının inkişaf strategiyasına və onun milli maraqlarına ziddir.

Ana səhifəXəbərlər”McCan Erickson” şirkəti sahibkarı yalan danışmaqda suçladı