”Amnistiya aktının 10 minə qədər insanı əhatə etməsi, o cümlədən 3 500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur”
Mehriban Əliyeva 28 May – Respublika günü münasibəti ilə “Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.
APA-nın məlumatına görə, bu barədə bu gün Milli Məclisin plenar iclasında 1-ci vitse-spiker Ziyafət Əsgərova bildirib.
Z. Əsgərov deyib ki, layihədə Amnistiya aktının 10 minə qədər insanı əhatə etməsi, o cümlədən 3 500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur.
Sonuncu Amnistiya aktı 2013-cü ildə Heydər Əliyevin doğum günü təqdim olunmuşdu.